Yeni sanitariya norma və qaydaları təsdiqlənib: Nələr dəyişir?
İstehlakçıların sağlamlığının qorunması, heyvan mənşəli qida məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin beynəlxalq tələblərə uyğunlaşdırılması və qida zəncirində çarpaz çirklənmə risklərinin minimuma endirilməsi məqsədilə yeni normativ hüquqi aktlar təsdiq edilib.
Far.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, AQTA-nın müvafiq kollegiya qərarları ilə təsdiq olunan bu yeni qaydalar ölkədə heyvandarlıq, yemçilik və qida təhlükəsizliyi sahəsində dövlət nəzarəti mexanizmlərini daha da gücləndirəcək."Yem məhsullarında məqsədli şəkildə istifadə olunmayan koksidiostat və ya histomonostatların heyvan mənşəli qida məhsullarında yolverilən maksimum miqdarına dair sanitariya norma və qaydaları"nın təsdiq edilməsi haqqında kollegiya qərarı yem istehsalı, emalı və daşınması zamanı koksidiostat və ya histomonostatların yaratdığı qaçılmaz çarpaz çirklənmə risklərinin qarşısının alınmasına xidmət edir. Bu çərçivədə yem məhsullarında məqsədli şəkildə istifadə olunmayan maddələrin heyvan mənşəli qida məhsullarında yol verilən maksimum miqdarına dair normativ hədlər tənzimlənib.
Digər qərarla isə "Heyvan mənşəli qida məhsullarında baytarlıq preparatlarının təsnifatı üzrə farmakoloji aktiv maddələrin qalıq miqdarına dair sanitariya normaları və qaydaları"na dəyişiklik edilib. Dəyişiklik edilmiş sanitariya normaları heyvanların müalicəsi və profilaktikasında istifadə olunan farmakoloji aktiv maddələrin, o cümlədən antibiotiklərin qida zəncirində yarada biləcəyi risklərin qarşısının alınması ilə bağlı tələblərin təkmilləşdirilməsini nəzərdə tutur. Bu qərarla ət, süd, yumurta və bal kimi heyvan mənşəli qida məhsullarında insan sağlamlığı üçün təhlükə yarada biləcək farmakoloji aktiv maddə qalıqlarının yol verilən maksimum hədlərinə dair təkmilləşdirilmiş tələblər müəyyənləşdirilir.
Sözügedən qərarlarla təsdiq edilmiş sanitariya norma və qaydaları 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Hazırlanan sənədlərlə https://shorturl.at/WVODW və https://shorturl.at/8WZtc linklərinə keçid edərək tanış olmaq mümkündür.
Oxşar xəbərlər
Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub
Prezident İlham Əliyev Şamaxıda "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında iştirak edib
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Slovakiyada PUA istehsal edən zavodun yandırılmasının qarşısı alınıb
-
Çempionlar Liqasında pley-offun cavab oyunları: "Fənərbağça" "Lion"a qarşı
-
Qurban Qurbanov: "Tvente" ilə oyunda azarkeşləri sevindirməyə çalışacağıq"
-
Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib
-
Brent markalı neftin qiyməti bir barel üçün 87 dollardan aşağı düşüb
-
Valdas Dambrauskas: "Sabah" karyeramda çalışdırdığım ən yaxşı komandadır"













