ABŞ ordusu atom mikroreaktorlarının inşasına 2 milyard dollardan çox pul xərcləyəcək
Far.Az xəbər saytı

ABŞ ordusu atom mikroreaktorlarının inşasına 2 milyard dollardan çox pul xərcləyəcək


ABŞ Quru Qoşunları "Janus" proqramı çərçivəsində yığcam atom elektrik stansiyalarının hazırlanması, inşası və istismarı üzrə beş şirkətlə müqavilələr bağlayıb.

"Far.Az" xəbər verir ki, bu barədə "National Defense" jurnalı məlumat yayıb.

Müqavilələrin ümumi dəyəri 2,2 milyard dollara çata bilər. Layihə 2028-ci ilə qədər Amerika hərbi obyektlərində 20-dən çox nüvə mikroreaktorunun yaradılmasını nəzərdə tutur.

İlk qurğuların müxtəlif ştatlardakı beş bazada yerləşdirilməsi planlaşdırılır. "Antares Nuclear" Şimali Karolinadakı "Fort-Breqq", "BWXT Advanced Technologies" Kentukkidəki "Fort-Kempbell", "General Atomics Electromagnetic Systems" isə Texasdakı "Fort-Hud" üçün reaktorun tədarükü ilə məşğul olacaq. Daha iki obyekt qurğuları "Radiant Industries" və "Westinghouse Government Services" şirkətlərindən alacaq.

"Janus" proqramı 2025-ci ildə Amerika Quru Qoşunları tərəfindən işə salınıb. Onun məqsədi hərbi bazaların və digər kritik əhəmiyyətli müdafiə obyektlərinin sabit elektrik təchizatını təmin edə biləcək kiçik nüvə enerji qurğuları şəbəkəsinin formalaşdırılmasından ibarətdir.

Oxşar xəbərlər

"Azərbaycan Kinosu: Yığcam Ensiklopediya (1898 – 2025) kitabının təqdimat mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Hava Hücumundan Müdafiə bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verilib
Azərbaycanın ilk beynəlxalq kardiologiya jurnalı – Journal of Heart Disease and Therapy – 3-cü nömrəsini təqdim edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər