Arif Əsədov: "Qarabağ" növbəti illərdə də Avropadakı uğurları ilə azarkeşləri sevindirəcək"
Far.Az xəbər saytı

Arif Əsədov: "Qarabağ" növbəti illərdə də Avropadakı uğurları ilə azarkeşləri sevindirəcək"


"Qarabağ" növbəti illərdə də Avropadakı uğurları ilə azarkeşləri sevindirəcək.

Bu barədə "Far.Az"a Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov açıqlama verib.

56 yaşlı mütəxəssis "köhlən atlar"ın Bakıda Niderlandın "Tvente" komandasına əlavə vaxtda 1:4 hesabı ilə uduzduğu UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu haqqında fikirlərini bölüşüb:

"Komandanın bu nəticəsinə görə üzülürəm. Qarşılaşmada ilk qolu "Qarabağ" vurmuşdu. Öndə olsalar da, son dəqiqələrdə üstünlüyü əldən verdilər. Amma artıq irəli baxmaq lazımdır. Komanda uzun illər Azərbaycan futbolunu Avropada layiqincə təmsil edib. İnanıram ki, növbəti mövsümlərdə də Avropadakı uğurları ilə azarkeşləri sevincirəcəklər".

A.Əsədov heyətin yenilənməsinin də Ağdam klubunun nəticələrinə təsir etdiyini xatırladıb:

"Bəzən elə vaxt gəlir ki, komandada dəyişikliklər olur, eniş yaşanır. Bu, hər bir komandanın başına gələ bilər. "Qarabağ" da bu günlərdən keçir. Komanda yenidən formalaşır, heyətə yeni futbolçular cəlb edilib. Qurban Qurbanov işini yaxşı bilən təcrübəli mütəxəssisdir. İnanırıq ki, növbəti mövsümlərdə bizi uğurları ilə sevindirən "Qarabağ" görəcəyik".

Xatırladaq ki, "Qarabağ" Niderlanddakı matçda rəqibini 1:0 hesabı ilə məğlub etmişdi.

Oxşar xəbərlər

DÇ-2026-nın ən cazibədar xanım azarkeşləri
UEFA Konfrans Liqası: "Tvente" "Qarabağ"la oyunda üçüncü qolu vurub - YENİLƏNİB-6
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər