Azərbaycanın turizm imkanları Qazaxıstan və Özbəkistanda təqdim olunub
Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə 21-27 avqustda Qazaxıstan və Özbəkistanda tanıtım xarakterli silsilə tədbirlər keçirilib.
"Report" Agentliyə istinadən xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC (AZAL) daxil olmaqla 8 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə baş tutan proqram Şımkent, Almatı, Astana və Daşkənd şəhərlərini əhatə edib.
Qazaxıstan və Özbəkistanda keçirilən tədbirlərdə ümumilikdə 400-dən çox turizm agentliyi, turoperator, aviaşirkət, hotel, media qurumu və turizm sənayesinin digər nümayəndələri iştirak edib.
Tədbirlər çərçivəsində Azərbaycanın ilboyu zəngin turizm imkanları, turizm sahəsindəki son yeniliklər və müxtəlif turizm məhsulları barədə təqdimatlar nümayiş olunub. İştirakçılara Xəzər dənizi sahilində istirahət, dağ-xizək mərkəzləri, sağlamlıq turizmi, qastronomiya, macəra və aktiv istirahət, mədəni turizm imkanları, eləcə də ölkənin müasir turizm infrastrukturu haqqında məlumat verilib.
Silsilə tədbirlər çərçivəsində keçirilən işgüzar görüşlər Qazaxıstan və Özbəkistanın turizm sənayesi nümayəndələri ilə azərbaycanlı tərəfdaşlar arasında əməkdaşlıq perspektivlərinin və birgə layihələrin həyata keçirilməsi imkanlarının müzakirəsi üçün platforma rolunu oynayıb. Tədbirlər zamanı, həmçinin iştirakçılara Azərbaycanın zəngin mədəniyyəti, milli mətbəxi və ənənəvi rəqsləri təqdim olunub.
Bu ilin yanvar-iyul aylarında Qazaxıstandan Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 % artaraq 62 079 nəfərə çatıb. Eyni dövrdə Özbəkistandan Azərbaycana səfər edənlərin sayı isə 40,2 % artaraq 42 288 nəfər təşkil edib.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu 15 dəqiqə gec başlayıb
-
Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir
-
Bitkoinin qiyməti 2029-cu ilin sonunadək 300 min dollara çata bilər
-
Pezeşkian İƏT ölkələrini iqtisadi əməkdaşlığı gücləndirməyə çağırıb
-
ABŞ ilk dəfə narkotik kartelinin dronlarına qarşı lazer sistemindən istifadə edib
-
Sabah Ağstafa, Gədəbəy və Tovuzun bir hissəsində qaz olmayacaq













