Pomidor döyüşü festivalından RƏNGARƏNG GÖRÜNTÜLƏR
Far.Az xəbər saytı

Pomidor döyüşü festivalından RƏNGARƏNG GÖRÜNTÜLƏR


İspaniyada məşhur "La Tomatina" pomidor döyüşü festivalı 79-cu dəfə keçirilib.

BAKU.WS "Euronews"a istinadən xəbər verir ki, Bunyol küçələrində minlərlə insan bir-birinə pomidor atmaq üçün küçələrə axın edib.

Festivalda bir saatdan çox müddət ərzində 165 ton yetişmiş pomidor ətrafa atılıb. Bu il 20000-dən çox insanın iştirakı gözlənilirdi ki, iştirakçıların təxminən 40 faizi İspaniya xaricindən gəlib.

Pomidor döyüşü festivalından RƏNGARƏNG GÖRÜNTÜLƏR

Avqustun son çərşənbə günü keçirilən "La Tomatina" festivalının tarixi 1945-ci ildə kiçik şəhərdə keçirilən parad zamanı iki yeniyetmə oğlan qrupu arasında baş verən davadan sonraya gedib çıxır.

O vaxtdan bəri bu festival bir ənənə halını alıb. Lakin 1950-ci ildə diktator Fransisko Franko tərəfindən qadağan edilib.

Qadağaya qarşı çıxan Bunyol sakinləri küçələrdə qara geyinərək və dəfn musiqisi çalınarkən tabutun içinə nəhəng pomidor qoyaraq saxta dəfn mərasimi təşkil ediblər.

Beləliklə 1959-cu ildə festival yenidən başlayıb, bu dəfə rəsmi qaydalarla və sərt vaxt məhdudiyyəti və iştirakçılardan özlərini təmizləmək tələbi ilə.

O vaxtdan bəri İspaniyanın ən məşhur və ən çox gözlənilən festivallarından birinə çevrilib.

Bu il keçirilən rəngli "La Tomatina" festivalından oaln fotoları təqdim edirik:

Pomidor döyüşü festivalından RƏNGARƏNG GÖRÜNTÜLƏR

Pomidor döyüşü festivalından RƏNGARƏNG GÖRÜNTÜLƏR

Pomidor döyüşü festivalından RƏNGARƏNG GÖRÜNTÜLƏR

Pomidor döyüşü festivalından RƏNGARƏNG GÖRÜNTÜLƏR

Pomidor döyüşü festivalından RƏNGARƏNG GÖRÜNTÜLƏR

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər