Bakıda evli qadını şantaj edən şəxs HƏBS OLUNDU
Far.Az xəbər saytı

Bakıda evli qadını şantaj edən şəxs HƏBS OLUNDU


Bakıda qadını intim görüntüləri ilə şantaj edən, eləcə də iki nəfərə qarşı dələduzluq əməli törətmiş şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini 2004-cü il təvəllüdlü Mirzə Osmanova (bütün ad-soyadlar şərtidir) Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Məhkəmə onun Cinayət Məcəlləsinin 178 və 182.2.2-cü maddələri üzrə təqsirli hesab edilməsinə hökm verib.

Məlum olub ki, Mirzə Sumqayıtda iki tanışının "iPhone" markalı telefonunu dələduzluq yolu ilə ələ keçirib.

O, həmçinin "TikTok" sosial şəbəkəsində paytaxtın Binəqədi rayonunda yaşayan Mirvari adlı qadınla tanış olub. Mirzə tanış olduğu Mirvari ilə elə bir gün sonra qadının yaşadığı evdə görüşüb. Daha sonra görüşlər mütəmadi xarakter alıb. Həmin vaxt Mirvarinin əri, övladı və qaynı digər otaqda yatıbmışlar. Görüşlər vaxtı Mirzə Mirvarinin görüntülərini telefonla qeydə alıb.

O, daha sonra görüntüləri yayacağı hədəsi ilə qadını qorxudub. Binəqədi qəsəbəsi, "Mərkəz" adlanan ərazinin yaxınlığında ondan 1 080 manat pul, bir cüt 200 manat dəyərində qızıl sırğa və bir ədəd 20 manat dəyərində qol saatını alıb. Daha sonra isə hədələyərək kartına 300 manat pul göndərməsinə nail olub. Təhdidlərinə davam edən Mirzə növbəti dəfə 2 000 manat istəyib.

Şantajın davamlı olduğunu görən qadın daha sonra bu barədə digər tanışına danışıb. Onlar birlikdə polis şöbəsinə gedərək məlumat veriblər. Polisin keçirdiyi tədbirlərlə Mirzə Osmanov Binəqədi rayonu, metronun "Azadlıq" stansiyasının yaxınlığında - görüş yeri təyin edilən ərazidə pulları alarkən tutulub.

Məhkəmənin hökmü ilə 22 yaşlı Mirzəyə 6 il həbs cəzası verilib.

Oxşar xəbərlər

Evli iş adamı ilə eşq yaşayan və hazırda ektrasens olan MÜĞƏNNİNİN HEKAYƏSİ
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər