Toni Kortes "Sabah"ın fenomeni haqqında: "Sərhədləri aşan hekayə"
"Sabah" futbol klubu (FK) cəmi doqquz il ərzində Azərbaycan çempionluğuna və UEFA Çempionlar Liqasının əsas mərhələsinə qədər böyük yol qət edərək sübut edib ki, düzgün idarəetmə, dəqiq metodologiya və işinə sadiq insanlar mümkün olanın sərhədlərini aşa bilər.
"Report" xəbər verir ki, bu barədə tanınmış ispan futbol məşqçisi, metodist və sabiq futbolçu Toni Kortesin məqaləsində bildirilib.
Toni Kortes Afrikada çoxillik fəaliyyəti və futbolçuların hazırlanması üzrə sistemini yaratması sayəsində beynəlxalq səviyyədə tanınan "BCNwinMethod"un texniki direktorudur. Bu ilin may ayında o, Bakıya səfər edib və "Sabah"ın strukturu və işinin təşkili ilə şəxsən tanış olub.
Kortesin sözlərinə görə, paytaxt klubu hələ qısa olan tarixinin ən mühüm səhifəsini yazaraq ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. Tarixi nailiyyətə gedən yolda komanda çətin təsnifat mərhələsini dəf edib, o cümlədən pley-offda İsrailin Beer-Şeva şəhərinin "Hapoel" klubu üzərində qələbə qazanıb.
"Bu, 8 sentyabr 2017-ci ildə əsası qoyulmuş klub üçün möhtəşəm nailiyyətdir. On ildən az bir müddət ərzində o, Avropa futbolunun nəzərəçarpan qüvvələri arasında özünü təsdiq etməyi bacarıb", - mütəxəssis qeyd edib.
Kortes vurğulayıb ki, 2025/2026 mövsümü "Sabah"ın tarixində həmişə xüsusi yer tutacaq. Komanda ilk dəfə Azərbaycan çempionu oldu, həmçinin tarixi "qızıl dubl"u rəsmiləşdirərək ölkə Kubokunu qazanıb.
İspaniyalı mütəxəssisin fikrincə, bu uğurlar klubun ardıcıl inkişafının qanunauyğun nəticəsi olub. Növbəti və daha əhəmiyyətli addım avrokubokların dörd təsnifat mərhələsini adlamaq və Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq idi.
Kortes komandanın uğurlarında baş məşqçi Valdas Dambrauskasın xüsusi rolunu vurğulayıb. Litvalı mütəxəssis 2025-ci ildə "Sabah"a başçılıq edib və ilk mövsümündə komandanı Azərbaycan çempionu edib, daha sonra isə onu ilk dəfə Avropanın əsas klub turnirinin əsas mərhələsinə çıxarıb.
Kortes həmçinin may ayında Bakıya etdiyi səfərdən təəssüratlarını da bölüşüb.
"Mənim "Sabah"ı şəxsən ziyarət etmək imkanım yarandı. Mən klubun yüksək təşkilatçılıq səviyyəsini, onun düşünülmüş strukturunu və xüsusilə də məşqçilər korpusunun peşəkar işini öz gözlərimlə gördüm", - o yazıb.
Mütəxəssis "Sabah"ın futbolçularını, rəhbərliyini, məşqçilər korpusunu və azarkeşlərini tarixi nəticə münasibətilə təbrik edərək vurğulayıb ki, hər böyük idman uğurunun arxasında saysız-hesabsız əmək, təlim və fədakarlıq saatları dayanır.
Onun sözlərinə görə, indi komandanın qarşısında yeni çağırış - Avropanın ən güclü klubları ilə görüşlər durur. Lakin gələcək nəticələrdən asılı olmayaraq, "Sabah" artıq öz əsas məqsədinə çatıb və klub tarixində yeni səhifə açıb.
"2017-ci ildə yaranmış klub. Addım-addım böyüyən layihə. Çempionluq, Azərbaycan Kuboku, indi isə Çempionlar Liqası. Bu hekayə bir daha sübut edir: futbolda ciddi layihə, metodologiya, savadlı idarəetmə və işinə sadiq insanlar olduqda, mümkün olanın sərhədləri təsəvvür etdiyimizdən daha uzaqda ola bilər", - Toni Kortes deyib.
Oxşar xəbərlər
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
"Sabah" UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB-11
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu 15 dəqiqə gec başlayıb
-
ABŞ ilk dəfə narkotik kartelinin dronlarına qarşı lazer sistemindən istifadə edib
-
Rezai: Hörmüzün blokadası ABŞ-İran toqquşmalarına səbəb ola bilər
-
Göygöldə örüş sahələri qanunsuz zəbt edilib? - İcra hakimiyyətindən REAKSİYA
-
Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq
-
UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-2













