Sabunçu Tibb Mərkəzi ilə bağlı SENSASİYALI İDDİA: "Mikrob keçib bizə"
Sabunçu Tibb Mərkəzində üç ildən çoxdur hemodializ müalicəsi alan Günel Yıldırım son dövrlərdə səhhətində yaranan problemə görə ciddi narahatlıq keçirir.
Onun Baku TV-yə bildirdiyinə görə, iki həftədən çoxdur ki, dializə girdikdən təxminən bir saat sonra onda və digər xəstələrdə üşütmə başlayır:
"Soruşuruq ki, bu vəziyyətin sonu necə olacaq? Deyirlər, hələlik gəlməyin, özəl klinikaya gedin, biz bunun çarəsini tapa bilmirik. Demək olar ki, bütün xəstələrdə bu hal müşahidə olunur. Kateteri olan xəstələrə bunun infeksiya ilə bağlı ola biləcəyi deyilir. Amma bununla bağlı bizdən hər hansı analiz götürülməyib".
Nefroloq Kamil Müslümovun sözlərinə görə, hemodializ zamanı üşütmə və bu kimi hallar kateterdə infeksiya ilə əlaqəli ola bilər."Pasiyentlər infeksionistə müraciət etməli, müəyyən tibbi müayinələrdən keçməlidirlər. Müayinələrin nəticələrinə əsasən müvafiq müalicə aparılmalıdır. Müvəqqəti kateterlər bir həftədən üç həftəyə qədər, daimi kateterlər isə 6 aydan 18 aya qədər istifadə olunur. Bu müddətdən artıq istifadə zamanı belə hallar baş verə bilər", - deyə mütəxəssis əlavə edib.
İddialarla bağlı Sabunçu Tibb Mərkəzindən bildirilib ki, hemodializ müalicəsi alan pasiyentlərin immun sistemi daha həssas olduğundan onlarda infeksion xəstəliklərin yaranma riski yüksəkdir. Bu səbəbdən TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin hemodializ şöbələrində dezinfeksiya və sterilizasiya tədbirləri mütəmadi həyata keçirilir, aseptika və antiseptika qaydalarına ciddi nəzarət olunur. Qeyd edək ki, hemodializ prosedurunun uzunmüddətli kateter vasitəsilə aparılması bəzi hallarda pasiyentlərdə qızdırma və digər reaksiyalara səbəb ola bilər. Qızdırma müşahidə olunan hallarda pasiyentlər müayinəyə cəlb olunaraq müvafiq müalicə ilə təmin edilirlər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu 15 dəqiqə gec başlayıb
-
ABŞ ilk dəfə narkotik kartelinin dronlarına qarşı lazer sistemindən istifadə edib
-
Rezai: Hörmüzün blokadası ABŞ-İran toqquşmalarına səbəb ola bilər
-
Göygöldə örüş sahələri qanunsuz zəbt edilib? - İcra hakimiyyətindən REAKSİYA
-
Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq
-
UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-2













