Xamenei dollardan asılılığı aradan qaldırmaq istəyir – YENİLƏNİB
Far.Az xəbər saytı

Xamenei dollardan asılılığı aradan qaldırmaq istəyir – YENİLƏNİB


İran ABŞ dollarından asılılığı aradan qaldırmaq istəyir.

"Report" xəbər verir ki, bu barədə İranın Ali rəhbəri Müctəba Xamenei "X" sosial şəbəkə hesabında paylaşım edib.

"İqtisadi artıma xüsusi diqqət yetirmək, istehsalı artırmaq, ABŞ dollarının həlledici rol oynamasını tədricən aradan qaldırmaq lazımdır", - Xamenei bildirib.

Onun fikrincə, hazırda İranda əsas diqqət müqavimət iqtisadiyyatına yönəldilməlidir: "Bütün bunlar xidmətyönümlü hökumətin məqsədləri sırasındadır".

ABŞ və İsrailin hərbi hücumları, tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq, İran sosial rifahı diqqətdə saxlayır və bununla bağlı islahatlar həyata keçirir.

"Report" xəbər verir ki, bu barədə İranın Ali rəhbəri Müctəba Xameneinin Hökumət Həftəsi münasibətilə yaydığı müraciətdə qeyd olunub.

"Qətiyyətlə elan edirəm; sosial həmrəyliyin zərərinə olan hər hansı bir əməli törətmək qadağandır", - Xameneinin rəsmi saytında dərc olunan müraciətdə vurğulanıb.

Ali rəhbərin müraciətindən sonra İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında bildirib ki, bütün tapşırıqlar yerinə yetiriləcək və İslam Respublikası inkişaf edəcək.

Oxşar xəbərlər

The Central Point Hotel - Bakının mərkəzində istirahət və iş üçün ideal ünvan
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər