"Süleymançılar" dini təriqəti ilə əlaqəli 35 nəfər həbs edilib
"Süleymançılar" dini təriqətinin lideri Əlixan Kurişlə birgə saxlanılan 37 nəfərdən 35-i həbs edilib.
"Far.Az" xəbər verir ki, bu barədə Ankara Respublika Baş Prokurorluğuna istinadən "Haber Global" məlumat yayıb.
"25.08.2026-cı il tarixində həyata keçirilən əməliyyat çərçivəsində saxlanılan 37 şübhəlidən 35-i barəsində həbs, 2 şübhəli barəsində məhkəmə nəzarəti qərarı verilib'', - məlumatda bildirilib.
Xatırladaq ki, avqustun 13-də Ankara Respublika Baş Prokurorluğu tərəfindən "Əlixan Kuriş cinayət təşkilatı"na qarşı istintaq başladılıb, 40-a yaxın şəxs saxlanılıb. Onlara qarşı cinayət təşkilatı yaratmaq və ona üzv olmaq, çirkli pulların yuyulması, dələduzluq, vergidən yayınma kimi ittihamlar irəli sürülüb. Aparılan axtarışlar nəticəsində Ə. Kuriş və təriqətlə əlaqəli müxtəlif ünvanlarda milyonlarla dollar dəyərində qızıl əşyaları tapılıb. Bundan başqa, fərqli ölkələrdəki bank hesablarına təqribən 1,4 milyard dollar həcmində valyuta köçürüldüyü aşkarlanıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəyan edilməyən dərmanların gömrük sərhədindən keçirilməsinin qarşısı alındı
-
Yenilməz çempion Elbəy Alışov: "UFC-dən təklif gəlsə, qərarım hazırdır"
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (28.08.2026)
-
"Qanun" nəşriyyatının tərcüməçisi müəmmalı şəkildə ölüb - Ailəsindən AÇIQLAMA
-
Xalq artistindən diqqətçəkən görüntülər: Kameralar qarşısında nə baş verdi?
-
Konqoda Ebola epidemiyası: İlk vaksinasiya kampaniyasına başlanıldı













