"JPost": Netanyahunun oğlu sui-qəsd təhlükəsinə görə təcili olaraq ABŞ-dən İsrailə təxliyə edilib
Far.Az xəbər saytı

"JPost": Netanyahunun oğlu sui-qəsd təhlükəsinə görə təcili olaraq ABŞ-dən İsrailə təxliyə edilib


İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ÜTX) ehtimal edilən sui-qəsd təhlükəsi ilə əlaqədar baş nazir Benyamin Netanyahunun oğlu Yairi təcili ABŞ-dən çıxarıb.

"Far.Az" bu barədə"The Jerusalem Post"a ("JPost") istinadən xəbər verir.

"Həqiqətən də, Yair Netanyahunun təhlükəsizliyinə ciddi təhdid olub və bunu nəzərə alaraq vəziyyətin qiymətləndirilməsinin yekunlarına əsasən, onu mühafizə əməkdaşları ilə birlikdə dərhal geri, İsrailə təxliyə etmək qərara alınıb", - nəşr ÜTX-nin rəsmi bəyanatından sitat gətirib.

Məlumatda qeyd olunub ki, Yair əşyalarını belə özü ilə götürmədən mühafizəçilərin müşayiəti ilə Floridadan gedib. O, hazırda İsraildədir.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Bakıda hərbi orkestrlərin müşayiəti ilə keçirilən yürüşlər başa çatıb - YENİLƏNİB
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər