İslandiyalıların yarıdan çoxu Aİ-yə qoşulmağa qarşı çıxıb
Far.Az xəbər saytı

İslandiyalıların yarıdan çoxu Aİ-yə qoşulmağa qarşı çıxıb


İslandiyanın Aİ-yə daxil olması ilə bağlı referendumun ilkin nəticələri göstərir ki, ölkədə Avropa inteqrasiyasının əleyhdarları səs çoxluğu qazanırlar.

"Far.Az"un məlumatına görə, bunu RUV telekanalı tərəfindən yayılan, İslandiyanın altı seçki dairəsindən beşindəki səslərin nəticələri göstərir.

Məlumata görə, referendumda 52,5 % və ya 99 000-dən çox insan danışıqların bərpasına qarşı, 47,5 %-i və ya təxminən 89 500 islandiyalı isə birliyə qoşulmağın lehinə səs verib. Danışıqların əleyhdarları Aİ üzvlüyünün digər birlik üzvlərinə ada ölkəsinin sularında balıq ovu hüququ verəcəyindən ehtiyatlanırlar.

Xatırladaq ki, İslandiya ilk dəfə 2009-cu ildə üzvlük üçün müraciət edib, lakin proses 2013-cü ildə dayandırılıb. Ölkə artıq Şengen zonasının və Avropa İqtisadi Zonasının üzvüdür.

Oxşar xəbərlər

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Neftçalada rayonunda "I Balıq" Festivalı keçirilib
Bakıda balıq yarmarkası fəaliyyətə başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər