ABŞ hər həftə İranla əlaqəli strukturlara qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir
Far.Az xəbər saytı

ABŞ hər həftə İranla əlaqəli strukturlara qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir


ABŞ Prezidenti Donald Trampın administrasiyası Tehrana iqtisadi təzyiqi gücləndirmək üçün İranla əlaqəli strukturlara qarşı hər həftə yeni sanksiyalar tətbiq etmək niyyətindədir.

"Far.Az" xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent "Reuters" agentliyinə müsahibəsində bildirib.

"Hər həftə onların daha da çoxalacağını görəcəksiniz", - o, yeni məhdudiyyətləri nəzərdə tutaraq deyib.

Bessentin sözlərinə görə, ilk növbədə banklar məhdudiyyətlərə məruz qalacaq. "Biz banklardan başlayırıq və onlara deyirik ki, İranın pullarını saxlamaq və rejimə kömək etmək yolverilməzdir", - nazir qeyd edib.

Bessent həmçinin bildirib ki, G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin Eşvilldə (Şimali Karolina ştatı) keçiriləcək qarşıdakı görüşündə digər dövlətlərin nümayəndələrini İranla iqtisadi əlaqələrə görə mümkün sanksiyalar barədə xəbərdar edəcək. Görüş 31 avqust - 1 sentyabr tarixlərində keçiriləcək.

Daha əvvəl Bessent ABŞ-nin İrana qarşı ikinci dərəcəli sanksiyalar kampaniyasının genişləndiriləcəyini açıqlayıb. Onun sözlərinə görə, məhdudiyyətlər maliyyə əməliyyatlarına, rəqəmsal aktivlər, qızıl, texnologiya, aviasiya və gəmiçilik kimi sahələrdəki fəaliyyətlərə toxuna bilər.

Oxşar xəbərlər

Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Şahi-Zində və Uluqbəy rəsədxanası mediaforum nümayəndələrini heyran edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər