Hikmət Hacıyevdən itkin düşənlərlə bağlı paylaşım: Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 30 avqust Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib.
"Far.Az" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi dərin humanitar və milli əhəmiyyət kəsb edən məsələ olaraq qalır. Keçmiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş kimi qeydiyyatdadır.
Məsələ Zati-aliləri Prezident İlham Əliyevin daim diqqət və qayğısı altındadır. Dövlət başçısı tərəfindən qoyulan vəzifələrə uyğun olaraq, Dövlət Komissiyası itkin düşmüş Azərbaycan vətəndaşlarının axtarışı, aşkarlanması, şəxsiyyətlərinin müəyyənləşdirilməsi və qalıqlarının on illərlə davam edən qeyri-müəyyənlikdən sonra ailələrə qaytarılması üçün sistemli səylərini davam etdirir.
Şahidlərin ifadələri yoxlanılır, güman edilən dəfn yerləri araşdırılır, kütləvi məzarlıqlar qazılır və aşkar edilmiş qalıqlar məhkəmə və DNT müayinəsi ilə araşdırılır. Bu günə qədər 32 kütləvi məzar tapılıb və 328 nəfər itkin DNT müayinəsi ilə müəyyən edilib.
Bununla əlaqədar olaraq, Ermənistan tərəfindən itkin düşmüş azərbaycanlıların taleyi, o cümlədən dəfn yerləri barədə dəqiq və əhatəli məlumatın verilməsi vacib olaraq qalır. Belə əməkdaşlıq ilk növbədə humanitar öhdəlikdir və minlərlə ailənin onilliklər boyu davam edən qeyri-müəyyənliyə son qoymaq üçün vacibdir.
Çətin relyefə, hava şəraitinə, eləcə də mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələrə baxmayaraq, axtarış əməliyyatları bütün mövcud resurslar və qabaqcıl texnologiyalarla davam edir.
Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var.
Hər itkin düşmüş şəxsin adı var.
Hər ailə cavab almağa layiqdir", - paylaşımda qeyd olunur.
30 August | International Day of the Disappeared
— Hikmet Hajiyev (@HikmetHajiyev) August 30, 2026
For Azerbaijan, the fate of missing persons remains a matter of profound humanitarian and national importance. 4,010 Azerbaijani citizens remain registered as missing as a result of the former Armenia-Azerbaijan conflict.
The… pic.twitter.com/HEZJc2V0ds
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezidentlər Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sitalçayda qatar minik avtomobili ilə toqquşdu
-
Serbiyalı boksçu Velyko Rajnatoviç "Balkan Boxing 11" turnirində rəqibinə nokautla qalib gəlib
-
Silvestr Stallonenin 30 yaşlı qızı nişanlandı
-
Azərbaycanlı məşhurlar barışdı- İllərdir davam edən küsülülük bitdi
-
Ankaraya 23 il rəhbərlik etmiş Melih Gökçek barəsində istintaq başladılıb
-
Rusiyanın Buça rayonuna zərbəsi nəticəsində ölənlərin sayı 37-yə çatıb













