Xulian Alvarez "Barselona"ya keçir? - "Atletiko"dan yazılı razılıq gəldi
Far.Az xəbər saytı

Xulian Alvarez "Barselona"ya keçir? - "Atletiko"dan yazılı razılıq gəldi


Argentinalı hücumçu Xulian Alvarezin karyerasını "Barselona"da davam etdirəcəyi ilə bağlı sensasion iddia yayılıb.

BAKU.WS xəbər verir ki, İspaniyanın "El Chiringuito" nəşrinin jurnalisti Jota Jordinin sözlərinə görə, Madridin "Atletiko" klubu 26 yaşlı futbolçunun Kataloniya təmsilçisinə keçidinə yazılı şəkildə razılıq verib.

Jota Jordi bildirib ki, "Atletiko" Alvarez-ə onun "Barselona"ya transferinin klub tərəfindən təsdiqləndiyini göstərən yazılı sənəd təqdim edib.

Xulian Alvarez 2024-cü ilin yayında "Mançester Siti"dən "Atletiko"ya transfer olunub. Madrid klubu argentinalı forvardın keçidi üçün 75 milyon avro ödəyib. Müqavilədə əlavə 20 milyon avroya qədər bonusların nəzərdə tutulduğu bildirilib.

Alvarezin "Atletiko" ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Hücumçu ötən mövsüm Madrid klubunun heyətində 49 oyuna çıxaraq 20 qol vurub və 9 məhsuldar ötürmə edib.

Argentinalı futbolçunun yeni mövsüm startı isə o qədər də uğurlu alınmayıb. Alvarez indiyədək yalnız bir matçda meydana çıxıb və qol vura bilməyib.

Oxşar xəbərlər

Lökbatanda anbarda GÜCLÜ YANĞIN - Kəmaləddin Heydərov hadisə yerinə gəldi
Yayın ən bahalı transferləri açıqlandı: Rəqəmlər heyrətləndirdi
"Atletiko" Alvaresi "Real"a 150 milyon avroya satmaqdan imtina edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Türkiyə Superliqasında hərəkətli yay: 383 transfer, 327 milyon avro xərc

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər