Azad olunan ərazilərə köçürülən 3,5 min sakinin məşğulluğu təmin edilib
İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən artıq 3,5 minədək şəxsin məşğulluğu təmin edilib.
“Report” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib.
İclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 günlük Vətən müharibəsində şanlı qəhrəmanlıq salnaməsi yazaraq əldə etdiyi möhtəşəm tarixi Zəfərin xalqımız üçün əbədi iftixar mənbəyi olduğunu vurğulayıb.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərimizə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması işləri işəgötürənlərlə fəal və davamlı əməkdaşlıq şəraitində getdikcə geniş miqyas alır. Həmin sakinlərdən 131 şəxs üçün özünüməşğulluq proqramının dəstəyi ilə kiçik ailə təsərrüfatları qurulub.
Bu ilin 9 ayında ölkəmizdə 300 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. O cümlədən, 124 min şəxs münasib işlə təmin edilib, 11,9 min şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb, 12,2 min işsiz şəxsin peşə hazırlığına, 155,2 min şəxsin peşəyönümü xidmətlərə cəlb edilib.
Özünüməşğulluq proqramının genişlənməsinə mühüm dəstək olan, nazirlik tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi”nin icrası işləri diqqətə çatdırılıb. Layihə çərçivəsində artıq 17,2 min şəxs üçün istehsal və xidmət sahələri üzrə kiçik bizneslər qurulub.
İclasda dövlət qulluğu üçün kadrların müsabiqə və ya müsahibə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının təlimi və inkişafı işləri diqqətə çatdırılıb. Həmçinin əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə müvafiq sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi işlərindən, aparılan islahatlarla əlaqədar yeni hazırlanan normativ hüquqi akt layihələrindən bəhs olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Vətən müharibəsinin başlamasından 4 il ötür
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Laçına köçürülən 950-dən çox şəxsin məşğulluğu təmin olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb
-
Yüksək dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
-
Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb
-
Robert Fitso Serbiyada parlament seçkiləri öncəsi Vuçiçə dəstək verib
-
Moldovanın hava məkanını daha bir PUA pozub













