"Qəbələ" rəsmisi Səbuhi Səfiyarlı: "Kaxaber Sxadadze ilə yolları uğursuz nəticələrə görə ayırdıq"
"Qəbələ" klubu mövsümə uğursuz start verdiyi üçün baş məşqçi Kaxaber Sxadadze ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Bunu "Report"a açıqlamasında bölgə təmsilçisinin idman direktoru Səbuhi Səfiyarlı deyib.
O, gürcüstanlı mütəxəssislə yolların ayrılma səbəbləri barədə danışıb:
"Müqaviləyə xitam verilməsinin səbəbi nəticələrlə bağlıdır. Mövsümə çox pis başladıq. Əslində, ötən il də nəticələr rəhbərliyi tam qane etməmişdi. Hədəfimiz daha yüksək idi. Uğursuz gedişat bu mövsüm də davam etdiyi üçün qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verdik".
S.Səfiyarlı komandadakı mövcud durum və yeni baş məşqçi axtarışları barədə də danışıb:
"Hələlik yeni baş məşqçi ilə bağlı hər hansı plan yoxdur. Hazırda komandanı məşqçilər korpusunda yer alan digər mütəxəssislər hazırlayır. Yeni təyinatla bağlı ən yaxın vaxtda qərar verməyə çalışacağıq. Çünki həftəsonu oyunumuz olacaq".
Qeyd edək ki, 2024-cü ilin fevralından "Qəbələ"də çalışan K.Sxadadze ilə yolların ayrıldığı bu gün açıqlanıb. Komanda Misli Premyer Liqasının 2026/2027 mövsümündə keçirdiyi 3 oyunun ikisində uduzub, birində heç-heçə edib. Bölgə təmsilçisi bu görüşlərdə qol hesabını da aça bilməyib.
Oxşar xəbərlər
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Ucuz torpaq sahələri satışa çıxarıldı - QİYMƏTLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
617 balla baytarlığı seçən Xaliq: "İnsan həvəsinin arxasınca gedirsə, həmişə uğur qazanır"
-
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir
-
İstanbulda avtobus qəzasında ölənlərin sayı artıb
-
Mehin Mirzəbalayeva "Euro Mini Champs" yarışında finala yüksəlib
-
"Tasnim": ABŞ ordusu Larak adasına hücum edib, ölənlər var
-
Şimali Kiprdə sərnişin gəmisinin batması nəticəsində 7 nəfər ölüb, 237 nəfər xilas edilib - YENİLƏNİB-3













