Sentyabrın ilk günlərində gözlənilən hava şəraiti açıqlandı
"Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacaq. Yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacaq, leysan xarakterli, intensiv yağıntıların olacağı ehtimal olunur. Sentyabrın 1-də səhər saatlarından yağıntılar tədricən kəsiləcək".
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, sentyabrın 1-i gündüz saatlarında, əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq:
"Arabir güclənən şimal-qərb küləyi sentyabrın 1-i gündüzdən zəifləyəcək. Havanın maksimal temperaturunun 23-26 dərəcə isti olacağı gözlənilir.
Bölgələrdə də avqustun 31-də və yaxın iki gün ərzində, sentyabrın 1-i və 2-sində yağıntılı hava şəraiti davam edəcək. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur".
G.Məmmədova bildirib ki, gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi istisna olunmur:
"Sentyabrın 2-si axşam saatlarından yağıntılar tədricən kəsiləcək. Havanın maksimal temperaturu aran rayonlarında 25-30, dağlıq ərazilərdə 18-23 dərəcə isti olacaq".
Oxşar xəbərlər
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlandı
İİB Qrupuna aid startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bayram günlərinin havası açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













