Türkiyə Azərbaycanla "yaşıl enerji" sektorunda əməkdaşlığı müzakirə edib
Naxçıvanda inşa edilən günəş elektrik stansiyalarında istifadə olunan fotovoltaik panellər Türkiyədən tədarük edilir.
"Far.Az" Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə (BOEMDA) istinadən xəbər verir ki, bunu Agentliyin sədri Cavid Abdullayev Türkiyə Xarici İqtisadi Əlaqələr Komitəsinin (DEİK) Türkiyə-Azərbaycan İş Şurasının üzvləri ilə görüşündə bildirib.
C. Abdullayev "yaşıl enerji" sektoruna göstərilən marağa görə təşəkkür edib, Azərbaycanda bərpa olunan enerji sahəsində görülmüş işlər, həyata keçirilmiş layihələr, artıq istismarda olan və hazırda tikintisi davam etdirilən elektrik stansiyaları, eləcə də gələcək inkişaf planları barədə ətraflı məlumat verib.
O qeyd edib ki, bir sıra bərpa olunan enerji layihələrinin, xüsusilə Qarabağ və Naxçıvan iqtisadi rayonlarında həyata keçirilən layihələrin icrasında Türkiyə şirkətləri uğurla iştirak edirlər. Bununla yanaşı, Azərbaycan tərəfinin bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin Türkiyəyə, eləcə də Türkiyə üzərindən Avropaya ötürülməsi istiqamətində Türkiyə tərəfi ilə sıx əməkdaşlıq etdiyi vurğulanıb.
Görüşdə İş Şurasının sədri Selçuk Akatla yanaşı, Türkiyənin neft, tikinti, bank, reklam, enerji və digər özəl sektorlarını təmsil edən şirkətlərin nümayəndələri iştirak edib.
Görüşdə çıxış edən İş Şurasının sədri S. Akat son illərdə Azərbaycanın enerji sektorunda "yaşıl enerji"nin inkişafına xüsusi önəm verildiyini qeyd edib, bu istiqamətdə COP29 çərçivəsində irəli sürülmüş təşəbbüslərə, eləcə də dövlət proqramlarında və ərazi inkişaf proqramlarında öz əksini tapan fəaliyyət istiqamətlərinə diqqət çəkib. O, Türkiyə şirkətlərinin bərpa olunan enerji sahəsində böyük təcrübəyə malik olduğunu bildirərək, Azərbaycanla bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını ifadə edib.
Görüş zamanı İş Şurasının digər üzvləri də çıxış edərək Türkiyə iş adamlarının və özəl sektor nümayəndələrinin Azərbaycanda bərpa olunan enerji sektoruna aid texnologiya və avadanlıqların istehsalının təşkilində maraqlı olduqlarını bildiriblər. Bu çərçivədə Azərbaycanda Türkiyə şirkətləri ilə birgə müəssisələrin yaradılması imkanları, habelə texnologiya transferi və yerli istehsalın təşkili ilə bağlı müxtəlif təkliflər səsləndirilib.
Görüşün sonunda BOEMDA tərəfindən Türkiyə iş dünyasının Azərbaycanda bərpa olunan enerji sektoruna göstərdiyi maraq yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi və yeni əməkdaşlıq imkanlarının müzakirə olunması təklif edilib.
Oxşar xəbərlər
İlham Əliyev Naxçıvanda "Şəms 1" və "Qərbi Üfüq" Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir
-
İstanbulda avtobus qəzasında ölənlərin sayı artıb
-
Putin MKİ rəhbəri ilə görüşməyib
-
SEPAH sözçüsü: ABŞ-nin PUA hücumu strateji səhvdir
-
"Tasnim": ABŞ ordusu Larak adasına hücum edib, ölənlər var
-
Böyük Britaniyanın beynəlxalq axtarışa verdiyi şəxs İstanbulda tutulub













