"Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda "Əncir festivalı" keçirilib
"Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda "Əncir festivalı" keçirilib.
Bu barədə "Far.Az"a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı və "EkoSfera" Ekoloji Sosial Mərkəz İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilən festival yerli sakinlərin və qonaqların böyük marağına səbəb olub.
Festival çərçivəsində bölgənin mədəniyyəti, sənətkarlığı və həyat tərzi zəngin mədəni dəyər kimi təqdim edilib.
Qonaqlar festival ərazisində xüsusi olaraq bəzədilmiş "Əncirli fayton"un və "Əncirin sehrli divarı"nın qarşısında, eləcə də saman konseptli rəngarəng fotozonalarda yaddaqalan şəkillər çəkdiriblər.
Festival boyunca həm böyüklər, həm də uşaqlar üçün zəngin proqram təqdim olunub.
Tədbirdə iştirak edən balaca ziyarətçilər "Tıq-tıq xanımın macəraları" kukla tamaşasını izləyib, "Öz əncirini boya" ustad dərsində yaradıcılıq bacarıqlarını göstəriblər.
Eyni zamanda Sənətkarlar meydanında və Sənətkarlar küçəsində xalçaçılıq sənəti nümayiş etdirilib, Dulusçu həyətində isə amuletlərin hazırlanması üzrə ustad dərsi keçirilib.
"Abşeronun sarı xəzinəsi" adlı rəsm sərgisi və geyim defilesi rəngarəng görüntülər yaradıb. "Əncir və qəhvə dənələri" adlı qədim falçılıq guşəsi isə tədbirə xüsusi maraq qatıb.
Festivalın qastronomiya zonasında yerləşən "Əncir laboratoriyası"nda müxtəlif əncir dadlarının dequstasiyası keçirilib.
Ziyarətçilər "Qalanın əncir dadları ocağı", "Ləzzət guşəsi" və "Çay və əncir məclisi"ndə təqdim olunan ləzzətləri dadıb, "Qala sakinlərinin əncir süfrəsi"nə və "Ənənəvi əncir bərəkəti süfrəsi"nə qonaq olublar.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
FHN "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təlim keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir
-
İstanbulda avtobus qəzasında ölənlərin sayı artıb
-
Putin MKİ rəhbəri ilə görüşməyib
-
SEPAH sözçüsü: ABŞ-nin PUA hücumu strateji səhvdir
-
"Tasnim": ABŞ ordusu Larak adasına hücum edib, ölənlər var
-
Böyük Britaniyanın beynəlxalq axtarışa verdiyi şəxs İstanbulda tutulub













