Nehrəm qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur
Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən investisiya layihələri çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin yenidən qurulması üçün genişmiqyaslı işlər görülüb.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən "Report"un Naxçıvan bürosuna bildirilib ki, 2023-2024-cü illərdə Nehrəm qəsəbəsində 10 min 872 metr uzunluğunda müxtəlif diametrli polietilen boru xətti çəkilərək 721 ev içməli su şəbəkəsinə qoşulub, 2076 evə su sayğacı quraşdırılıb. Bundan başqa, diametri 100 və 150 millimetr olan 26 min 745 metr uzunluğunda kanalizasiya borusu çəkilib və 2515 ev bu şəbəkəyə qoşulub, həmçinin 46 ədəd siyirtmə quraşdırılıb. Ümumilikdə, 2011-ci ildən icrasına başlanan layihədə 3 minə qədər ev su və kanalizasiya şəbəkəsinə birləşdirilib, 2398 abonentlə müqavilə bağlanılıb.
Qeyd edək ki, yeni içməli su xətlərinin çəkilməsi və sayğacların quraşdırılması nəticəsində əhalinin içməli su təminatı daha da yaxşılaşacaq, yeni kanalizasiya xətlərinin çəkilməsi isə tullantı sularının torpağı, yeraltı və yerüstü su mənbələrini çirkləndirməsinin qarşısını alacaq. Beləliklə, görülən işlər nəticəsində əhalinin içməli su təchizatı daha etibarlı təmin olunacaq.
Oxşar xəbərlər
Nehrəm qəsəbəsinin içməli su və kanalizasiya şəbəkəsi yenidən qurulur
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
ADSEA: Gəncədə su təchizatı və kanalizasiya sistemi yenidən qurulur
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Mançester Yunayted" ÇL-nin gələn mövsümünə vəsiqə qazanıb
-
"Bakı Marafonu 2026" başlayıb
-
Mayami Qran-prisinin startı pis hava şəraitinə görə başqa vaxta keçirilib
-
"Bakı Marafonu 2026"nın qalibləri müəyyənləşib
-
Tailandda helikopter qəzası olub, xəsarət alanlar var
-
Paşinyan İrəvanda ATƏT-in baş katibi ilə görüşüb













