

Nehrəm qəsəbəsinin içməli su və kanalizasiya şəbəkəsi yenidən qurulur
Naxçıvan Muxtar Respublikasının Babək rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin yenidən qurulması üçün genişmiqyaslı işlər həyata keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, 2023-2024-cü illərdə Nehrəm qəsəbəsində içməli su şəbəkəsində 7 766 metr uzunluğunda müxtəlif diametrli polietilen boru xətti çəkilərək 664 ev su şəbəkəsinə qoşulub, 2 028 evə su sayğacı quraşdırılıb.
Kanalizasiya şəbəkəsində diametri 100 və 150 millimetr olan 23 188 metr uzunluğunda kanalizasiya borusu çəkilib və 2 425 ev kanalizasiya şəbəkəsinə qoşulub.
Ümumilikdə, 2011-ci ildən icrasına başlanan layihədə 3 minə qədər ev su və kanalizasiya şəbəkəsinə birləşdirilib, 2 320 abonentlə müqavilə bağlanılıb. Hazırda 92 evin yarım qalan tamamlanma işləri görülür.
Layihənin icrasında əsas məqsəd vətəndaşları davamlı və dayanıqlı içməli su ilə təmin etmək, tullantı sularının küçələrə axıdılmasının qarşısını almaq, sudan səmərəli və qənaətli istifadəyə şərait yaratmaq, sakinlərin rifah halını yaxşılaşdırmaqdan ibarətdir.
Oxşar xəbərlər
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Bu gün xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
Naxçıvanda ötən əsrin 60-cı illərindən istismar olunan yarımstansiyalar yenidən qurulur
Azərbaycan-Özbəkistan sənədləri imzalanıb - YENİLƏNİB - FOTO
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda dəhşətli QƏZA - Motosiklet yük maşınına çırpıldı, kuryer ÖLDÜ
-
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alan 24 nəfərin son durumu açıqlanıb
-
Ağdam-Füzuli yolunda mikroavtobus aşıb, 20 nəfər xəsarət alıb
-
Bakıda 15, Sumqayıtda 11 min manatlıq oğurluq olub
-
Ceyhun Bayramov diplomatları peşə bayramı münasibətilə təbrik edib
-
Məmməd Alpayın həbs müddəti uzadılıb