Bakıda 257 nömrəli məktəbdə nə baş verir? - RƏSMİ AÇIQLAMA
Xətai rayonu ərazisində yerləşən 257 nömrəli məktəbə şagirdlərdən biri tərəfindən gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub.
BAKU.WS "Trend"ə istinadla xəbər verir ki, məktəb rəhbərliyi bir neçə şagirdin səhhətində yaranan problemlə bağlı münasibət bildirib.
Məktəbdən verilən məlumata görə, mayın 1-də nəm salfetdən istifadə nəticəsində məktəbin V sinfinin bir neçə şagirdinin əlində allergik əlamətlər müşahidə olunub.
"Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma məlumat verilib, şagirdlər yerində müayinə olunub və onlara müvafiq yardım göstərilib. Həmçinin aidiyyəti dövlət qurumları və şagirdlərin valideynləri məsələ ilə bağlı məlumatlandırılıb. Hazırda şagirdlərin sağlamlıq vəziyyəti normaldır".
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə isə saat 15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Bakı şəhəri, Xətai rayonu, 257 nömrəli məktəbdən nəm salfetdən keçən allergiya səbəbi ilə çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 7 nəfərə yerində ilkin tibbi yardım olunub", - deyə əlavə edilib.
Oxşar xəbərlər
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub
Məktəbin ilk günündən FOTOLAR
Məktəbdə BİABIRÇILIQ - Yayılan görüntülərlə bağlı RƏSMİ AÇIQLAMA
Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ernesto Qusman: Kuba suverenliyə hörmət əsasında ABŞ ilə dialoqa hazırdır
-
Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq
-
IX siniflərin buraxılış imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI
-
Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA
-
Azərbaycan Milli QHT Forumu ikiillik fəaliyyətinə dair hesabat verib
-
"Time" jurnalı 2026-cı ilin ən nüfuzlu şirkətlərinin siyahısını tərtib edib













