Hacı Zeynalabdin qəsəbəsi sakini bıçaqlanıb, atası şübhəli qismində saxlanılıb - YENİLƏNİB-2
Sumqayıtda atası tərəfindın bıçaqlanan oğlanın vəziyyəti açıqlanıb.
TƏBİB-dən "Report"un yerli bürosuna bildirilib ki, 1998-ci il təvəllüdlü şəxs (kişi) 30.08.2026-cı il tarixində saat 20:20 radələrində Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Qarın divarının açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
"Report"un yerli bürosunun əldə etdiyi məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə oğlu, 28 yaşlı T.Novruzova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən 71 yaşlı N.Novruzov müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar aparılır.
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
"Report"un yerli bürosu xəbər verir ki, 1955-ci il təvəllüdlü Nadir Novruzov ilə oğlu, 1998-ci il təvəllüdlü Təhmasib Novruzov arasında mübahisə yaranıb.
Mübahisə zamanı atanın bıçaqla oğluna xəsarət yetirdiyi bildirilir.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir
-
Şamaxıda kanalizasiya daşdı, evi su basdı
-
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb
-
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
-
Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 15 %-ə yaxın artıb
-
Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq













