Tayvan sahillərində iki zəlzələ baş verib
Far.Az xəbər saytı

Tayvan sahillərində iki zəlzələ baş verib


Oktyabrın 24-nə keçən gecə Tayvanın şərq sahillərində 5 və 4,8 maqnitudalı iki zəlzələ baş verib.

"Far.Az" Tayvanın Mərkəzi Meteorologiya İdarəsinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 04:48 və 04:58-də (Bakı vaxtı ilə 00:48 və 00:58-də) qeydə alınıb.

Birinci zəlzələnin episentri Hualyan şəhərindən 31 km şərqdə dənizdə, ocağı isə 15,4 km dərinlikdə yerləşib.

İkinci zəlzələnin episentri həmin şəhərdən təxminən 30 km şərqdə, 16,6 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Belqrad – tarixlə müasirliyin qovuşduğu şəhərdən REPORTAJ
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Kolumbiyada zəlzələ qurbanlarının sayı 234 nəfərə çatıb - YENİLƏNİB-12
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 220 nəfəri ötüb - YENİLƏNİB-11

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər