"Axios": Tramp Hörmüz boğazı ərazisinə məhdud zərbələr endirmək imkanını nəzərdən keçirir
ABŞ Prezidenti Donald Tramp və onun yüksək vəzifəli köməkçiləri İranın gəmilərə hücum etmək üçün öz radiolokasiya və raket potensialını bərpa etməsinə mane olmaq məqsədilə Hörmüz boğazı ərazisinə məhdud zərbələr endirmək imkanını nəzərdən keçirirlər.
"Far.Az" xəbər verir ki, bu barədə "Axios" üç amerikalı mənbəyə istinadən yazıb.
Onların sözlərinə görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) gəmilərə dəqiq zərbələr endirmək məqsədilə İranın Hörmüz boğazında radiolokasiya, hava hücumundan müdafiə və gəmi əleyhinə raketlər sahəsindəki imkanlarını bərpa etmək cəhdlərindən narahatdır.
Amerikalı məmur bildirib ki, son günlərdə narahatlıq doğuran insidentlərdən biri boğazda gəmilərin qorunmasını təmin edən Amerikanın "F-35" qırıcısına tərəf İranın zenit raketinin buraxılması olub. Onun sözlərinə görə, raket təhlükə yaradacaq qədər məsafəyə yaxınlaşmasa da, bu, İranın öz hərbi potensialını bərpa etməyə çalışdığına dair siqnal idi.
CENTCOM Pentaqon rəhbəri Pit Heqsetə, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynə və Ağ Evə bildirib ki, Fars körfəzindən onlarla neft tankerinin gündəlik təhlükəsiz keçidinin təmini üçün hərbçilərin vaxtaşırı İrana zərbələr endirməsi tələb oluna bilər.
Portal qeyd edib ki, Heqset təşəbbüsü dəstəkləyib və bir neçə gün əvvəl planı baxılmaq üçün Ağ Evə göndərib. Lakin Vaşinqton administrasiyası İranla eskalasiyanın qarşısını almaq üçün zərbələri təsdiqləməməyə meyilli olub.
Bununla belə, bazar günü İranın İordaniyadakı Amerika bazalarına ballistik raketlərlə endirdiyi zərbələr bazar ertəsi ABŞ-nin İrana güclü cavab zərbəsi endirəcəyini vəd edən Trampın fikrini dəyişə bilər.
Oxşar xəbərlər
Hava Hücumundan Müdafiə bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda avtobus qəzasında ölənlərin sayı artıb
-
Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsinə başlanılır
-
"Tasnim": ABŞ ordusu Larak adasına hücum edib, ölənlər var
-
SEPAH sözçüsü: ABŞ-nin PUA hücumu strateji səhvdir
-
Böyük Britaniyanın beynəlxalq axtarışa verdiyi şəxs İstanbulda tutulub
-
Bursada 100-dən çox şəxs toyda yeməkdən zəhərlənib













