İsveç Fransadan 4,3 milyard avro dəyərində freqatlar alacaq
İsveç Fransadan 4,3 milyard avro dəyərində dörd müdafiə və müdaxilə freqatı alacaq.
"Report" "Le Monde"yə istinadən xəbər verir ki, müvafiq müqavilə Stokholmda "Naval Group" gəmiqayırma şirkətinin sədri və baş direktoru Pyer-Erik Pommele ilə İsveç Müdafiə Maddi-Texniki Təminat Administrasiyasının direktoru Mikael Qranholm tərəfindən imzalanıb.
Beləliklə, İsveç 2024-cü ildə NATO-ya üzv olduqdan sonra yenidən silahlanma səylərini davam etdirib. Qeyd olunub ki, ilk freqatlar 2030-cu ildə təhvil veriləcək. Yeni gəmilər ballistik raketlərin məhv edilməsi üçün nəzərdə tutulan hava hücumundan müdafiə sistemləri ilə təchiz olunmalıdır.
İki ölkənin Müdafiə nazirlikləri həmçinin operativ məsələlər, müdafiə potensialı və sənaye inkişafı sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsinə dair çərçivə sazişi imzalayıb.
Sənədlərin imzalanma mərasimində İsveçin Baş naziri Ulf Kristersson və Fransa Prezidenti Emmanuel Makron iştirak edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir
-
İstanbulda avtobus qəzasında ölənlərin sayı artıb
-
Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsinə başlanılır
-
"Tasnim": ABŞ ordusu Larak adasına hücum edib, ölənlər var
-
SEPAH sözçüsü: ABŞ-nin PUA hücumu strateji səhvdir
-
Böyük Britaniyanın beynəlxalq axtarışa verdiyi şəxs İstanbulda tutulub













