Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir
Far.Az xəbər saytı

Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir


Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, bunu Serbiyaya işgüzar səfəri çərçivəsində Mozambikin Baş naziri Maria Benvinda Levi ilə görüşdə Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Görüşdə ölkələr arasında əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Milli Məclisin sədri Qoşulamama Hərəkatı çərçivəsində əməkdaşlığın əhəmiyyətindən danışaraq Azərbaycanın bu təşkilata 4 illik sədrliyi dövründə gördüyü işlər, Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti, ölkəmizin sədrliyi dövründə əldə edilmiş nailiyyətlər barədə danışıb.

Görüşdə bir sıra sahələrdə ikitərəfli əlaqələrin mövcud vəziyyətinə də toxunulub, qarşılıqlı münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılıb. Spiker cari ilin iyun ayında İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Mozambikin Respublika Assambleyasının sədri Marqarida Talapa ilə görüşünü xatırlayaraq beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin əhəmiyyətini qeyd edib.

Söhbət zamanı parlamentlər arasında və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib, qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə bağlı fikirlər səsləndirilib.

Maria Benvinda Levi Mozambik və Azərbaycan arasında münasibətlərin mövcud vəziyyətindən razılıqla danışıb. O, mozambikli tələbələrin və diplomatların Azərbaycanda keçirilən proqramlarda iştirakına görə təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan COVİD-19 pandemiyası dövründə də Mozambikə öz dəstəyini göstərib.

Baş nazir diqqətə çatdırıb ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi bir sıra məsələlərin müzakirəsi üçün mühüm platformadır və Mozambik də bu şəbəkənin işində iştirak edir.

Görüşdə parlamentlərarası, təhsil, humanitar və digər sahələrdə əlaqələrin inkişaf perspektivlərindən danışılıb, qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər