Mirzoyan: Rusiya Ermənistan dəmir yolunun Türkiyə və Azərbaycan sərhədinədək bərpasını müzakirəyə hazırdır
Rusiya Ermənistanda Türkiyə və Azərbaycan sərhədlərinə aparan dəmir yolu hissələrinin bərpasının detallarını müzakirə etməyə hazır olduğunu bildirib.
"Report" xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib.
"Cəmi iki-üç gün əvvəl mən onların (Rusiya nümayəndələrinin - red.) nüansları - kim və nə qədər investisiya qoymalıdır və sairəni müzakirə etməyə hazır olduqları barədə siqnallar aldım", - nazir deyib.
Bununla belə, Mirzoyan vurğulayıb ki, çox şey layihənin icra şərtlərindən asılı olacaq. Onun sözlərinə görə, məsələyə hələ aidiyyəti qurumlar tərəfindən baxılmalıdır.
Xatırladaq ki, 2008-ci ilin fevralında Ermənistanın dəmir yolu infrastrukturu müddəti daha 10 il uzadılmaq hüququ ilə 30 illiyə "Cənubi Qafqaz Dəmir Yolu"nun konsessiya idarəçiliyinə verilib.
Mövcud Rusiya konsessiyasına yenidən baxılması mövzusu Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərdəki dəmir yolu sahələrini bərpa etmək planları fonunda yaranıb. May ayında baş nazir Nikol Paşinyan bildirib ki, Ermənistan hökuməti onların yenidən qurulmasını öz hesabına həyata keçirməyə hazırdır.
Paşinyan Moskvaya konsessiyanın dost üçüncü ölkəyə verilməsi imkanını nəzərdən keçirməyi təklif edib, lakin Rusiyanın nəqliyyat naziri Andrey Nikitin sonradan bildirib ki, bu məsələ müzakirə olunmur.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda avtobus qəzasında ölənlərin sayı artıb
-
Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsinə başlanılır
-
"Tasnim": ABŞ ordusu Larak adasına hücum edib, ölənlər var
-
SEPAH sözçüsü: ABŞ-nin PUA hücumu strateji səhvdir
-
Böyük Britaniyanın beynəlxalq axtarışa verdiyi şəxs İstanbulda tutulub
-
Bursada 100-dən çox şəxs toyda yeməkdən zəhərlənib













