Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" şadlıq sarayı ilə bağlı QƏRAR VERİLDİ
Far.Az xəbər saytı

Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" şadlıq sarayı ilə bağlı QƏRAR VERİLDİ


Mediada "Çıraq Palace" şadlıq sarayında qonaqlara istehlaka yararsız ət məhsullarının təqdim olunması ilə bağlı yayılan məlumatlar əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən plandankənar yoxlama keçirilib.

Bu barədə qurumun mətbuat xidmətindən Far.Az-in sorğusuna cavab olaraq məlumat verilib.

Yoxlama Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S. Axundov küçəsi, ev 20A ünvanında yerləşən, fiziki şəxs Yusifov Həsən Fuad oğluna məxsus qida obyektində aparılıb.

Yoxlama zamanı, ümumilikdə şadlıq sarayında keçirilən toy mərasimlərində menyu üzərindən istehlakçılara təqdim edilən ət məhsullarının çeşidinə, mərasim iştirakçılarının sayına münasibətdə yoxlamaya təqdim edilən müvafiq müşayiətedici baytarlıq sənədlərinin eynilik təşkil etmədiyi, istehlaka verilən ətlərin miqdarının baytarlıq sənədlərində göstərilən miqdardan dəfələrlə çox olduğu və bununla da məhsullarla bağlı izlənmə sisteminin təmin olunmadığı müəyyən edilib. Həmçinin, ətlərin müvafiq temperatur rejimində saxlanılmadığı və donunun açılması prosesinin qida təhlükəsizliyi tələblərinə uyğun aparılmadığı müşahidə edilib. Eyni zamanda, istehlakçıların aldadılması ilə nəticələnən hallar aşkarlanıb. Belə ki, qonaqlara təbii "qırmızı kürü" adı altında süni kürü təqdim edilib. Bu hal istehlakçıların təqdim edilən məhsulların xüsusiyyətləri və tərkibi barədə düzgün və dolğun məlumat almaq hüququnun pozulması, istehlakçıların aldadılması kimi qiymətləndirilir.

Aşkarlanan faktlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, nöqsanları aradan qaldırılana kimi dondurucu anbarda işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb.

Xatırladaq ki, bu barədə ötən gün məlumat vermişdik.

Oxşar xəbərlər

32 saylı bağçada uşaqlara iylənmiş ətdən yemək bişirilir? - RƏSMİ CAVAB
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər