Serbiya Qoşulmama Hərəkatı ölkələri ilə əməkdaşlıq üçün 3 yeni təşəbbüs irəli sürüb
Serbiya Qoşulmama Hərəkatına üzv ölkələrlə əməkdaşlığın genişləndirilməsi məqsədilə 3 yeni təşəbbüs irəli sürüb.
"Far.Az"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Qoşulmama Hərəkatının ilk konfransının 65-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Serbiya gələcəkdə Qoşulmama Hərəkatına üzv ölkələrlə daha çox ticarət və investisiya əlaqələrinin qurulmasını, tələbə mübadiləsinin genişləndirilməsini, kənd təsərrüfatı, texnologiya və səhiyyə sahələrində əməkdaşlığın artırılmasını istəyir.
Serbiya Prezidenti qeyd edib ki, Belqrad yalnız ortaq tarixə deyil, gələcəyə də diqqət yetirir və bu məqsədlə 3 yeni əməkdaşlıq təşəbbüsü irəli sürüb.
İlk təşəbbüs "Qoşulmama Rəqəmsal" adlanır. Təşəbbüs rəqəmsal kommunikasiyaların və təhlükəsizlik infrastrukturunun inkişafı və idarə olunması sahəsində bilik, təcrübə və potensialın gücləndirilməsinə yönəlib.
Layihə çərçivəsində bilik və texnologiya transferi, süni intellektin inkişafı sahəsində əməkdaşlıq, həmçinin Qoşulmama Hərəkatına üzv ölkələrdən olan gənc mühəndislər üçün təqaüdlərin verilməsi nəzərdə tutulur.
İkinci təşəbbüs Belqradda Qoşulmama Hərəkatı Festivalının yaradılmasıdır. Festival mədəni dialoq və əməkdaşlıq üçün platforma olacaq, Hərəkatın üzv ölkələrindən mədəniyyət müəssisələrini və yaradıcı icmaları bir araya gətirəcək.
Serbiya Prezidenti üçüncü təşəbbüs kimi gəncləri birləşdirən tədbirlərin keçirilməsini vacib hesab edib. O qeyd edib ki, gənclər üçün il ərzində müxtəlif dövrlərdə konfranslar, tədbirlər keçirmək lazımdır.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan tədbirlər keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı
-
Hikmət Babaoğlu: "Söhbət artıq razılaşmalardan deyil, onların icrasından gedir"
-
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
-
İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Aston Villa"nı məğlub edib
-
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq
-
"Bloomberg": NATO İspaniya və Yunanıstandan "Patriot" raketlərinin Ukraynaya verilməsini tələb edir













