Azərbaycan Bəhreyn ilə enerji sahəsində əməkdaşlığı müzakirə edib
Far.Az xəbər saytı

Azərbaycan Bəhreyn ilə enerji sahəsində əməkdaşlığı müzakirə edib


Azərbaycan və Bəhreyn arasında enerji və ətraf mühit sahələrində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir müavini Rövnəq Abdullayevin Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən "Tatarıstan Neft, Qaz və Kimya Forumu – 2026" çərçivəsində Bəhreynin neft və ətraf mühit naziri Məhəmməd bin Mübarək bin Dinah ilə görüşündə bildirib.

İki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, tərəfdaşlığın genişləndirilməsi barədə də fikir mübadiləsi aparılıb.

Həmçinin səfər çərçivəsində Tatarıstanın Ximqrad Texnopolisinin fəaliyyəti ilə tanışlıq olub, buradakı müəssisələrin fəaliyyəti, istehsal imkanları, tətbiq olunan texnologiyalar və həyata keçirilən layihələr barədə məlumat verilib.

Qeyd edək ki, "Tatarıstan Neft, Qaz və Kimya Forumu – 2026" tədbiri regional və beynəlxalq səviyyədə işgüzar əməkdaşlığın genişləndirilməsi, müasir texnologiya və avadanlıqların təşviqi, biznes dairələri arasında görüşlərin təşkili baxımından əhəmiyyət kəsb edir.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Sabirabad Sənaye Məhəlləsində toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Sabirabadda su filtrlərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər