34 il əvvəl atasını ağacla öldürən şəxs həbs edilib - TƏFƏRRÜAT
Far.Az xəbər saytı

34 il əvvəl atasını ağacla öldürən şəxs həbs edilib - TƏFƏRRÜAT


Gədəbəydə 34 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, 1992-ci il mayın 31-də Gədəbəy rayonu, Turşsu kəndi yaxınlığında, "Bəkdəmir yalı" adlanan ərazidə üzərində zorakılıq əlamətləri olan Məmmədov Şahbaz Abuzər oğlunun meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda həmin vaxt qüvvədə olan Cinayət Məcəlləsinin 95-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

Cinayət əməlini törətmiş şəxsin müəyyən edilərək məsuliyyətə cəlb olunması mümkün olmadığından iş üzrə icraat sonuncu dəfə 1993-cü il martın 1-də dayandırılıb.

Cinayət işinin materiallarının, habelə işlə bağlı açılmış əməliyyat-qeydiyyat işinin yenidən öyrənilməsi zamanı cinayətin açılması üçün əlavə istintaq hərəkətlərinin və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə zərurət olduğu müəyyən edilib. Bununla əlaqədar 2026-cı il avqustun 28-də Gədəbəy rayon prokurorluğu tərəfindən iş üzrə icraat təzələnərək ibtidai istintaqın davam etdirilməsi təmin olunub.

Aparılmış istintaq hərəkətləri və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Gədəbəy rayonu, Çayrəsullu kənd sakini, 1969-cu il təvəllüdlü Polad Məmmədovun 1992-ci ilin may ayında, atası Şahbaz Məmmədovu yaşadığı evdə baş nahiyəsinə bir neçə dəfə ağac parçası ilə vuraraq qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib.

İstintaqla müəyyən edilib ki, Polad Məmmədov törətdiyi cinayəti gizlətmək və hadisənin başqa yerdə baş verdiyi barədə yanlış təsəvvür yaratmaq məqsədilə atasının meyitini hadisədən bir neçə gün sonra yaşadıqları evin yaxınlığında yerləşən "Bəkdəmir yalı" adlanan əraziyə aparıb.

P.Məmmədov dindirmə zamanı atasını öldürdüyünü və meyiti qeyd olunan əraziyə apardığını etiraf edib və 2026-cı il avqustun 31-də şübhəli şəxs qismində tutulub.

Həmin tarixdə P.Məmmədovun əməli 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Cinayət Məcəlləsinin 95-ci maddəsindən həmin Məcəllənin 94-cü maddəsinin 6-cı bəndinə (ağırlaşdırcı hallarda qəsdən adam öldürmə) tövsif edilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Oxşar xəbərlər

Gədəbəydə 34 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb - TƏFƏRRÜAT
DİN-dən bir gecədə "yoxa çıxarılan" ağacla bağlı AÇIQLAMA
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
"Eurohome" tikinti materiallarının satışı bazarınının fəaliyyəti dayandırılıb
Ali Məhkəmə qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər