"Tasnim": ABŞ toy keçirilən obyekti bombalayıb, ölənlər var – YENİLƏNİB-2
ABŞ ordusu İranın Sirik şəhərində yaşayış məntəqələrindən birinə hücum edib, ölən və yaralananlar var.
"Report" "Tasnim"ə istinadən xəbər verir ki, toy mərasiminin keçirildiyi obyekt zərbəyə məruz qalıb.
"Sirikdə bir toy mərasiminə hücum zamanı iki nəfər ölüb, bir neçə nəfər yaralanıb", - məlumatda bildirilib.
ABŞ ordusu İranın Sirik şəhərində yaşayış məntəqələrindən birinə hücum edib, xəsarət alanlar var.
"Report" IRIB-yə istinadən xəbər verir ki, bir neçə vətəndaş yaralanıb.
"Ölənlərin olması da istisna edilmir, məsələ hazırda araşdırılır", - məlumatda bildirilib.
Qeyd olunub ki, toy mərasiminin keçirildiyi yer hava zərbələrinə məruz qalıb.
ABŞ-nin hücumlarından sonra İranın Konarak liman şəhəri və Qeşm adasında partlayış səsləri eşidilib.
"Report" "Tasnim"ə istinadən xəbər verir ki, Konarakda 6 partlayış baş verib.
Hələlik partlayışların vurduğu zərərin həcmi və dəqiq yeri açıqlanmayıb.
"Tasnim"in müxbiri bildirib ki, saat 19:30-la 19:45 arasında Qeşm adasının cənub sahilində 8 partlayış səsi eşidilib", - məlumatda qeyd olunub.
Qeşm hava limanına hücum rəsmən təsdiqlənməyib, Bəndər Abbas və Sirikin bəzi bölgələrində də partlayış səslərinin eşidildiyi vurğulanıb.
Qeyd edək ki, ABŞ Silahlı Qüvvələri Hörmüz boğazında İran obyektlərinə kütləvi zərbələr endirib.
Oxşar xəbərlər
Hava Hücumundan Müdafiə bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilər hava zərbələrinə məruz qalıb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Masallıda ağır QƏZA: Ölənlər və yaralananlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













