Polina Rəhimova: "Millidə məşqçi kimi işləməyə hazıram"
Far.Az xəbər saytı

Polina Rəhimova: "Millidə məşqçi kimi işləməyə hazıram"


Azərbaycanın voleybol millisindəki karyerasını başa vuran Polina Rəhimova yığmada məşqçi kimi fəaliyyət göstərməyə hazırdır.

Təcrübəli idmançı bu barədə "Far.Az"a açıqlama verib.

O, azarkeşləri komandanı dəstəkləməyə çağırıb:

"Xahiş edirəm, milli komandanı dəstəkləməyə davam edin. Mən isə voleybola son nöqtəni qoymuram. Ehtiyac olarsa, milli komandaya dəvət olunaramsa, məşqçi kimi kömək etməyə hazıram. Və hər kəsi yay düşərgəsinə dəvət etmək istəyirəm. Üç həftə ərzində 3 müxtəlif yaş qrupundan olan uşaqlar üçün "ustad dərsləri" keçəcəyəm. Hamınızı orada görməyə çox şad olardım".

P.Rəhimova karyerasında ona dəstək olanlara təşəkkür edib:

"Milli komandadakı karyeramı başa vurdum. Yığmada 15 il çıxış etdim. 4 dəfə olimpiadanın təsnifat mərhələsində, 2 dəfə dünya çempionatında, 9 dəfə Avropa çempionatının final mərhələsində oynadım. Xal baxımından dünya rekorduna imza atdım. Bu rekordla ölkəmizin bayrağını mümkün qədər yüksəyə qaldırdım, çünki hələ də bu rekordu heç kim yeniləməyib. Arzulayıram ki, gənclərdən ibarət yığmamız daha da inkişaf etsin. Hazırda komandada yerli oyunçular var, bu çox dəyərlidir, çox yaxşı haldır. Azərbaycanda voleybolun yaşamağa davam etdiyini görmək çox xoşdur. Bu, çox qürurvericidir, insanı ruhlandırır. İnsanlar bu işlə məşğul olurlar. Mən də şadam ki, buna töhfə verə bildim. Hər kəsə təşəkkür edirəm. Bu, həyatımın çox möhtəşəm bir hekayəsi idi. Öz kitabımı bağlayıb yenisinə başlayıram. Həyat davam edir. Çox sağ olun".

Xatırladaq ki, Polina Rəhimova 2007-ci ildən Azərbaycan millisinin formasını geyinib.

Oxşar xəbərlər

DÇ-2026-nın ən cazibədar xanım azarkeşləri
"Celt Tədris Mərkəzi" 25 illik uğur tarixini yeni rekordla davam etdirir
Adi mumdan qeyri-adi sənət nümunələri yaradan azərbaycanlı ustad
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər