"Celt Tədris Mərkəzi" 25 illik uğur tarixini yeni rekordla davam etdirir
Far.Az xəbər saytı

"Celt Tədris Mərkəzi" 25 illik uğur tarixini yeni rekordla davam etdirir


300-dən çox məzun dünyanın aparıcı universitetlərinə qəbul olunub.

Şirkət bu il də 100 faiz qəbul nəticəsi əldə edərək tələbələrini dünyanın nüfuzlu ali təhsil müəssisələrinə göndərib.

Azərbaycanda xaricdə təhsil və akademik məsləhət xidmətləri sahəsində 25 illik təcrübəyə malik olan "Celt Tədris Mərkəzi" 2025-2026-cı tədris ilini də yüksək nəticələrlə başa vurub. Şirkət bu il 100 faiz qəbul göstəricisi əldə edərək 300-dən çox məzunun həm yerli, həm də dünyanın aparıcı universitetlərinə qəbul olunmasına nail olub.

CELT-in təqdim etdiyi məlumata görə, qəbul olunan tələbələr arasında ADA Universiteti ilə yanaşı, Böyük Britaniya, ABŞ, Almaniya, Çin, Belçika, Türkiyə və digər ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə qəbul qazanan gənclər yer alır.

Şirkət bildirir ki, bu nəticələrin əsasında hər bir tələbə üçün hazırlanmış fərdi təhsil strategiyası, akademik planlaşdırma, peşəkar konsultasiya və beynəlxalq qəbul prosesinin bütün mərhələlərini əhatə edən kompleks dəstək dayanır.

Qəbul olunan məzunların əhəmiyyətli hissəsi yüksək akademik göstəricilərinə görə müxtəlif universitetlər tərəfindən təhsil haqlarının tam və ya qismən ödənilməsini nəzərdə tutan təqaüdlər və maliyyə güzəştləri də əldə edib. Bu isə tələbələrin beynəlxalq rəqabət mühitinə uyğun hazırlandıqlarını və akademik potensiallarının yüksək qiymətləndirildiyini göstərir.

CELT rəhbərliyi qeyd edir ki, 25 il ərzində formalaşdırılmış təcrübə, beynəlxalq tərəfdaşlıq şəbəkəsi və peşəkar komanda tələbələrin düzgün istiqamətləndirilməsində mühüm rol oynayır. Şirkətin əsas məqsədi tələbələrin yalnız universitetə qəbulunu təmin etmək deyil, eyni zamanda onların akademik və peşəkar inkişafına uzunmüddətli töhfə verməkdir.

Qeyd edək ki, "Celt Tədris Mərkəzi" 25 ildən artıqdır xaricdə təhsil, dil hazırlığı, universitet seçimləri, qəbul prosesinin təşkili və viza dəstəyi istiqamətində fəaliyyət göstərir. Şirkət bu illər ərzində minlərlə azərbaycanlı gəncin dünyanın müxtəlif ölkələrində ali təhsil almasına dəstək göstərib.

Bu ilin qəbul nəticələri də CELT-in ölkədə beynəlxalq təhsil üzrə aparıcı məsləhət və hazırlıq mərkəzlərindən biri kimi fəaliyyətini davam etdirdiyini nümayiş etdirir.

Oxşar xəbərlər

Bakıda yeni akademik körpü: Constructor University və CELT Colleges əməkdaşlığa başladı
"SOCAR Könüllüləri"nin Məzun Günü və müsabiqəsi keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər