Nepalda sel fəlakətində ölənlərin sayı 1114-ə çatıb
Nepalda ötən həftə baş verən sel fəlakəti nəticəsində ölənlərin sayı 1114-ə yüksəlib. Daha 3916 nəfərdən isə xəbər yoxdur.
Far.Az xəbər verir ki, Nepal Milli Fəlakət Risklərinin Azaldılması və İdarəetmə Agentliyinin məlumatına görə, avqustun 26-da Rasuva bölgəsində başlayan sel nəticəsində axtarış-xilasetmə işləri davam edir.
Fəlakət nəticəsində 8 bölgədən meyitlər çıxarılıb. Ən çox ölüm Çitvanda (348), Şərqi Nəvalparasidə (217) və Qərbi Nəvalparasidə (190) qeydə alınıb.
Sel nəticəsində 292 nəfər yaralanıb, helikopterlərin də iştirak etdiyi əməliyyatlar zamanı 11 993 nəfər təxliyə edilərək xilas olunub.
Hazırda 3916 nəfər itkin hesab olunur. İtkinlər arasında su elektrik stansiyalarının əməkdaşları və xarici vətəndaşların da olduğu bildirilir. Axtarış-xilasetmə və yardım əməliyyatlarına 21 314 təhlükəsizlik əməkdaşı cəlb edilib.
Oxşar xəbərlər
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Mingəçevirdə qəza zamanı xilasetmə əməliyyatlarına dair təlim keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Prezident İlham Əliyev Cəbrayılın Şahvəlli kəndində "Şəms" və "Üfüq" Günəş Elektrik stansiyalarının təməlini qoyub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb













