Səudiyyə Ərəbistanı Azərbaycanda minatəmizləmə işlərinə 3 milyon dollar ayırıb
Səudiyyə Ərəbistanı Azərbaycanda humanitar minatəmizləmə işlərinə 3 milyon dollar ayırıb.
"Far.Az" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Salem Əl-Kahtani Bakıda "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında bildirib.
"Səudiyyə Ərəbistanı həmçinin Azərbaycana ərazilərinin minalardan təmizlənməsi üçün maliyyə dəstəyi göstərərək əməkdaşlığını genişləndirir", - o qeyd edib.
O bildirib ki, bu dəstək mina risklərinin azaldılmasına, mülki əhali, xüsusən də qadınlar və uşaqlar üçün təhlükəsiz mühitin yaradılmasına, eləcə də ərazilərin bərpasına və keçmiş məcburi köçkünlərin qayıdışına dəstək göstərilməsinə yönəlib.
Öz növbəsində, Sloveniyanın birinci centlmeni, ITF-in Qəyyumlar Şurasının üzvü Aleş Musar bildirib ki, Azərbaycanın minalara qarşı mübarizə sahəsindəki təcrübəsi daha çox beynəlxalq tanınmaya və diqqətə layiqdir: "Əldə edilmiş nəticələr və bu təcrübədən çıxarıla biləcək dərslərlə daha yaxından tanış olmaq beynəlxalq ictimaiyyət üçün faydalı olardı".
BMT-nin Minalara qarşı Mübarizə Proqramının (UNMAS) rəhbəri Mark Konnelli öz növbəsində vurğulayıb ki, şəhər ərazilərinin minalardan təmizlənməsi kompleks və mərhələli yanaşma, eləcə də hökumətlər, donorlar, humanitar və texniki təşkilatlar arasında sıx koordinasiya tələb edir.
O qeyd edib ki, bu prosesdə təhlükəli ərazilər barədə məlumatların operativ mübadiləsinə imkan verən müasir informasiya sistemləri, xüsusən də IMSMA mühüm rol oynayır.
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Mina təhlükəsi: Humanitar böhran, sosial-iqtisadi çağırış və beynəlxalq əməkdaşlıq zərurəti - TƏHLİL
İlham Əliyev 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb - ƏLAVƏ OLUNUB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nepaldakı daşqınlarda bu yaşıl ev dağılmadı
-
Tarix boyu güclü zəlzələlər olub: Bəs indi Azərbaycanda təhlükə varmı? - RƏSMİ
-
ABŞ alimləri potensial qaranlıq materiyanın siqnalını aşkar ediblər
-
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
-
306 milyonluq heyət: "Fənərbağça" ÇL-də nə qədər irəliləyəcək?
-
İqtisadi durğunluq və inflyasiyanın artması Fransanı tənəzzülə aparır













