Tarix boyu güclü zəlzələlər olub: Bəs indi Azərbaycanda təhlükə varmı? - RƏSMİ
Far.Az xəbər saytı

Tarix boyu güclü zəlzələlər olub: Bəs indi Azərbaycanda təhlükə varmı? - RƏSMİ


Azərbaycanda seysmik vəziyyət davamlı olaraq nəzarətdə saxlanılır və hazırda ölkə ərazisində narahatlıq doğuran hər hansı vəziyyət qeydə alınmayıb.

BAKU.WS xəbər verir ki, bu sözləri Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) şöbə müdiri Vüsalə Rafiqqızı bildirib.

O bildirib ki, ölkə ərazisində yerləşən seysmik stansiyalar şəbəkəsi və Monitorinq Mərkəzi sutkanın 24 saatı, həftənin 7 günü onlayn rejimdə fəaliyyət göstərir. Azərbaycanda seysmoloji, geofiziki, geokimyəvi və geodinamik istiqamətlər üzrə kompleks tədqiqatlar aparılır.

Əldə olunan nəticələr əsasında ölkədəki mövcud seysmik vəziyyət əvvəlki dövrlərlə müqayisə edilir. Seysmoloji xəritələrin hazırlanması istiqamətində işlər də davam etdirilir.

"Azərbaycan və ümumilikdə Cənubi Qafqaz seysmik cəhətdən aktiv bölgədə yerləşir. Ölkə ərazisində vaxtaşırı 3 və daha yuxarı maqnitudalı hiss olunan və hiss olunmayan zəlzələlər qeydə alınır. Maqnitudası 1-2 olan çoxsaylı xırda təkanlar isə müasir və həssas cihazlar vasitəsilə müəyyən edilir".

Şöbə müdirinin sözlərinə görə, Azərbaycanda seysmik baxımdan ən aktiv ərazilərdən birinin Xəzər dənizi, eləcə də Şamaxı-İsmayıllı zonası olduğu bildirilib.

"Azərbaycan ərazisində tarix boyu güclü və dağıdıcı zəlzələlər baş verib. Ölkədə 427-ci ildən etibarən zəlzələlərlə bağlı məlumatların toplandığı kataloqlar mövcuddur. Son böyük dağıdıcı zəlzələlərdən biri 1902-ci ildə Şamaxıda qeydə alınıb. Bununla yanaşı, seysmologiyada zəlzələlərin dəqiq proqnozlaşdırılması hələ də mümkün deyil. Heç bir alim konkret olaraq zəlzələnin nə vaxt və harada baş verəcəyini, yaxud baş verməyəcəyini dəqiq deyə bilməz".

Mərkəz rəsmisinin açıqlamasına görə, hazırda Azərbaycanda narahatlıq doğuran hər hansı seysmik aktivlik müşahidə olunmur. Maqnitudası 3-5-dən yuxarı olan təkanlar qeydə alınacağı halda ictimaiyyətə mütəmadi məlumat verilir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan gömrükçüləri "Uşaq oyuncaqları" yükündən bəyan olunmayan mallar aşkarladı
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər