ABŞ alimləri potensial qaranlıq materiyanın siqnalını aşkar ediblər
Amerika alimləri Cənubi Dakota ştatındakı yeraltı tədqiqat müəssisəsində potensial qaranlıq materiyanın siqnalını aşkar ediblər.
"Far.Az"un "Reuters"ə istinadən məlumatına görə, Senford Mərkəzinin tədqiqatçıları keçmiş qızıl mədənində təxminən 1,5 kilometr dərinlikdə 10 ton ksenonun olduğu silindrik cihazdan istifadə etməklə LUX-ZEPLIN təcrübəsini aparıblar.
Alimlərin fərziyəsinə görə, ksenon qaranlıq maddə ilə qarşılıqlı təsir göstərərkən işıq parıltıları yarada bilər. Təcrübə zamanı tədqiqatçılar zəif ultrabənövşəyi işıq parıltısını qeydə alıblar ki, bu da ksenon atomunun "zəif qarşılıqlı təsir edən kütləvi zərrəciyi" - yəni qaranlıq materiyanın mümkün formalarından biri ilə qarşılıqlı təsiri ilə əlaqələndirilib. Bu hadisəni alimlər "nüvə geriləməsi" adlandırıblar.
Senford Mərkəzinin tədqiqatçıları nəticələri üçün digər mümkün izahları istisna etməyə davam edirlər. Onlar fərziyyələri tək bir müşahidəyə əsaslandırmağın uyğun olmadığına inandıqları üçün təcrübəni təkrarlamaq niyyətindədirlər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hikmət Babaoğlu: "Söhbət artıq razılaşmalardan deyil, onların icrasından gedir"
-
Ağdam sakini: Ağlaya-ağlaya çıxdığımız yurdumuza sevinc gözyaşı ilə qayıdırıq
-
Ağdama qayıdan keçmiş məcburi köçkün: Sevincimin həddi-hüdudu yoxdur
-
Tarix boyu güclü zəlzələlər olub: Bəs indi Azərbaycanda təhlükə varmı? - RƏSMİ
-
Bakıda havanın ən çox çirkləndiyi yer bəlli oldu
-
306 milyonluq heyət: "Fənərbağça" ÇL-də nə qədər irəliləyəcək?













