IATA iyulda hava nəqliyyatı ilə yük daşımalarının təxminən 4 % artdığını qeydə alıb
Bu ilin iyul ayında hava nəqliyyatı ilə qlobal sərnişin və yük daşımalarına tələbat illik ifadədə müvafiq olaraq 0,2 % və 3,9 % artıb.
"Far.Az" Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən xəbər verir ki, iyulda sərnişin oturacaqlarının doluluq göstəricisi (PLF) 85,2 % səviyyəsinə çatıb ki, bu da 2025-ci ilin müvafiq ayının göstəricisindən 0,1 faiz bəndi aşağı olub.
IATA-nın məlumatına görə, beynəlxalq sərnişin daşımalarının həcmi 2025-ci ilin iyul ayı ilə müqayisədə 0,1 % azalıb. Bu zaman daşıma tutumları 0,3 % artıb, doluluq əmsalı isə 85,2 % (-0,3 faiz bəndi) səviyyəsində qeydə alınıb. Daxili sərnişin axını illik müqayisədə 0,6 % artıb, daşıma tutumu 0,2 % çoxalıb, doluluq isə 85,3 % (+ 0,3 faiz bəndi) təşkil edib.
"Şimal yarımkürəsində yay turizm mövsümünün qızğın çağı bütövlükdə aviadaşımalar sahəsi üçün uğurlu olub. Şimali Amerika və Yaxın Şərq daşıyıcılarının göstəricilərinin ötənilki dəyərlərə nisbətən zəifləməsinə baxmayaraq, iyul ayında qlobal sərnişin axını yenə də 0,2 % artım göstərib. Fars körfəzi dövlətlərinin aviasiya qovşaqları vasitəsilə sərnişin axınının davam edən bərpası xüsusi diqqətə layiqdir.
Sənaye hələ də aviasiya yanacağının yüksək qiyməti, iqtisadi qeyri-sabitlik və geosiyasi risklərin təzyiqinə məruz qalsa da, aviaşirkətlər ilin sonunadək tələbtın davamlı olacağına əminlik nümayiş etdirirlər. Bu da sentyabr ayına planlaşdırılan daşıma tutumlarının təxminən 3 % artırılması ilə təsdiqlənir", - IATA-nın davamlı inkişaf üzrə baş vitse-prezidenti və təşkilatın baş iqtisadçısı Mari Ouens Tomsen vurğulayıb.
2026-cı ilin iyul ayında hava nəqliyyatı ilə qlobal sərnişin daşımaları bazarının regional bölgüsü aşağıdakı kimi olub: Afrikanın payı 2,2 %, Asiya-Sakit okean regionunun - 34,4 %, Avropanın - 26,7 %, Latın Amerikası və Karib hövzəsinin - 5,4 %, Yaxın Şərqin - 9,5 %, Şimali Amerikanın - 21,8 % təşkil edib.
"İyul ayında hava nəqliyyatı ilə yük daşımalarına olan tələbat ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 % artıb. Bütün regionlarda müsbət dinamika qeydə alınıb, üstəlik, ümumi artımın 90 %-dən çoxu Asiya-Sakit okean regionu, Avropa və Şimali Amerika daşıyıcılarının payına düşüb. Sərnişin laynerlərinin baqaj hissələrində yüklərin daşınma həcminin azalması fonunda ixtisaslaşdırılmış yük təyyarələrinin payı artıb. Görünür, bu, iriqabaritli və ya ixtisaslaşdırılmış yüklərin çatdırılmasına olan yüksək tələbat, habelə yük təyyarələrinin daha yüksək əməliyyat çevikliyi ilə əlaqədardır.
Uzunmüddətli perspektivdə sənaye istehsalının canlanması, ixrac sifarişlərinin artması və beynəlxalq ticarətin genişlənməsi sayəsində vəziyyət bütövlükdə müsbət olaraq qalır. Eyni zamanda yüksək yanacaq qiymətlərinin, geosiyasi gərginliyin və ticarət tariflərinin yaratdığı qeyri-müəyyənliyin təsirini diqqətlə izləmək lazımdır", - deyə M.Ouens Tomsen qeyd edib.
Bu ilin iyul ayında regionlar üzrə yük aviadaşımalarının bölgüsü aşağıdakı kimi olub: Afrika - 2,1 %, Asiya-Sakit okean regionu - 35,8 %, Avropa - 21,4 %, Latın Amerikası və Karib hövzəsi - 2,9 %, Yaxın Şərq - 13,2 %, Şimali Amerika - 24,6 %.
"Asiya-Şimali Amerika marşrutunda illik artım 9,2 %-ə (bazar payı - 23,5 %) çatıb, Avropa-Asiya istiqamətində 3,1 % (21,5 %) artım, Yaxın Şərq-Avropa üzrə 16,1 % (5,2 %) azalma; Yaxın Şərq-Asiya - 14,1 % (7,4 %) azalma, Asiya daxilində daşımalar - 6,1 % (7,3 %) artım, Şimali Amerika-Avropa - 2,1 % (13,5 %) artım, Afrika-Asiya - 14,7 % (1,3 %) azalma qeydə alınıb", - hesabatda bildirilib.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nepaldakı daşqınlarda bu yaşıl ev dağılmadı
-
Tarix boyu güclü zəlzələlər olub: Bəs indi Azərbaycanda təhlükə varmı? - RƏSMİ
-
ABŞ alimləri potensial qaranlıq materiyanın siqnalını aşkar ediblər
-
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
-
306 milyonluq heyət: "Fənərbağça" ÇL-də nə qədər irəliləyəcək?
-
Sumqayıtda ev sahibinin oğlu yaşadığı mənzili yandırıb













