Ukrayna Radası Roma statutunu ratifikasiya edib
Ukrayna Ali Radası Roma Statutunu ratifikasiya edib.
APA-nın “unian”a istinadən xəbərinə görə, qərar layihəsinin lehinə 281 deputat səs verib.
Bu məsələ Ukraynaya statutun üzvü olan dövlətlərin toplantılarında iştirak hüququ qazandırmaqla yanaşı, ölkənin Beynəlxalq Cinayət Məhkəməsinə tamhüquqlu üzv olmasını da şərtləndirir. Statutun qazandırdığı əsas üstünlük isə Ukrayna tərəfinin Rusiya hərbçilərini törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb etməkdən ibarətdir. Sənədin bu müddəası öz ərazi bütövlüyünü qoruyan Ukrayna hərbçilərinə şamil edilməyəcək.
Roma statutunun ratifikasiyası ilə adı çəkilən ölkədə məhkəmə sisteminin effektivliyi də əhəmiyyətli dərəcədə artacaq.
Qeyd edək ki, sözü gedən statutun qəbul edilməsi Avropa İttifaqına üzvlük üçün qoyulan tələblərdən biridir.
Oxşar xəbərlər
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
“Mənim Səsim” Seçki Monitorinq Koalisiyası aralıq hesabatını təqdim edib - FOTO
MSK informasiya texnologiyaları mütəxəssisləri üçün seminarlara start verib
COP29 Azərbaycan Əməliyyat Şirkəti gündəlik “Daily Show” verilişini təqdim edir
Azərbaycan COP29 üçün dünyaya atəşkəs çağırışı edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
BVF Venesuelaya maliyyə dəstəyi proqramı hazırlamağı planlaşdırır
-
Cozef Aun: Livanın İsraillə danışıqları zəifliyin təzahürü deyil
-
SEPAH gəmilərin Hörmüz boğazından keçməsi üçün yeni qaydalar müəyyənləşdirib
-
Rəsmi İrəvan: Ermənistan Aİ-yə inteqrasiyanın "yol xəritəsi"ni həyata keçirir
-
Burhanəddin Duran və Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər
-
Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ













