Ebola tarixdə görünməmiş sürətlə yayılır: ÜST-dən HƏYƏCAN TƏBİLİ
Far.Az xəbər saytı

Ebola tarixdə görünməmiş sürətlə yayılır: ÜST-dən HƏYƏCAN TƏBİLİ


Konqo Demokratik Respublikasında (KDR) hazırda müşahidə olunan Ebola qızdırması tarixdə ən sürətlə yayılan epidemiya olub. Həkimlər eyni zamanda virusun gizli ötürülmə zəncirlərini qeydə alırlar.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

"Bu epidemiya artıq miqyasına görə tarixdə ikinci ən böyük epidemiya olub. Eyni zamanda, bu, tarixdə ən sürətlə yayılan epidemiyadır və çox geniş coğrafi ərazini əhatə edir", - deyə onun sözləri ÜST-nin saytında sitat gətirilib.

Qebreyesus izah edib ki, ölümcül infeksiyanın yayılmasına təhlükəsiz dəfn mərasimlərinin keçirilməsi üçün şəraitin olmaması səbəb olur. Buna görə də ölüm hallarının əksəriyyəti hələ də birbaşa yerli icmalar daxilində qeydə alınır.

O vurğulayıb ki, bütün gizli yoluxma yolları müəyyən edilmədən və sanitar vəziyyət sabitləşdirilmədən regionda virusun daha da yayılmasının qarşısını almaq mümkün olmayacaq.

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin KDR-dəki nümayəndəsi Jülyen Harneys avqustun 20-də bildirib ki, son 20 gün ərzində virus infeksiyasından qeydə alınan 2 500 ölüm hadisəsinin yarısı məhz Ebolanın payına düşüb.

O qeyd edib ki, epidemiya 30 ildir silahlı münaqişənin davam etdiyi bir regionda baş verir və bu səbəbdən humanitar ehtiyaclar son dərəcə yüksək olaraq qalır.

"Reuters" agentliyi avqustun 11-də xəbər verib ki, epidemiya virusun heyvandan insana ötürülməsi ilə bağlı yeni yoluxma halı nəticəsində başlayıb, daha sonra isə insanlar arasında yayılıb. Araşdırma zamanı epidemiyanın mənbəyi olan heyvanı müəyyən etmək mümkün olmayıb.

Oxşar xəbərlər

Azərbaycan məktəblərində 263 müəssisədə sanitar pozuntu aşkarlanıb
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Xalq artisti Əminə Yusifqızı dəfn olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər