Ermənistan və Rusiya ikitərəfli münasibətlərin inventarizasiyası üzrə razılığa gəlib
Far.Az xəbər saytı

Ermənistan və Rusiya ikitərəfli münasibətlərin inventarizasiyası üzrə razılığa gəlib


Ermənistan və Rusiya ikitərəfli münasibətlərin inventarizasiyasını aparmaq barədə razılığa gəlib.

"Far.Az" erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə Bişkekdəki görüşünü şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu, onların praktiki məzmununu müəyyən etmək üçün zəruridir.

N.Paşinyanın sözlərinə görə, Putinlə görüş müsbət keçib. Tərəflər həmçinin razılaşıblar ki, Ermənistan Baş naziri yaxın zamanlarda Moskvaya səfər edəcək.

"Ermənistan-Rusiya münasibətləri" anlayışının inventarizasiyasını aparmaq ideyası yarandı ki, bunun praktikada nə demək olduğunu anlayaq. Yəni hansı xətlər bu alt başlığın altına düşür, hansı xətlərdə bizdə eyni mövqe var, hansılarda isə fərqli", - o deyib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə iştirak etmək üçün Bişkekdəki "Irıs Ordo" Konqres Mərkəzinə gəldi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər