Edin Ceko milli karyerasını başa vuracağı tarixi açıqlayıb
Far.Az xəbər saytı

Edin Ceko milli karyerasını başa vuracağı tarixi açıqlayıb


Bosniya və Herseqovina yığmasının hücumçusu Edin Ceko milli komandadakı karyerasını başa vuracağı tarixi açıqlayıb.

"Far.Az" xəbər verir ki, 40 yaşlı forvard sosial şəbəkə hesablarında UEFA Millətlər Liqasında oktyabrın 2-də İsveçə qarşı keçiriləcək matçın millidə onun üçün sonuncu olacağını bildirib.

"Karyeramda bu formanı geyindiyim hər dəfə hiss etdiyim qürurla heç nə müqayisə oluna bilməz. Heç nə. Bu, futbol meydanında ölkəmi təmsil etmək şərəfinə nail olduğum 151 matçın hər birində özümlə daşıdığım uşaqlıq arzum idi. İlk dəfə olduğu kimi, hər zaman bununla qürur duymuşam. Türkiyə yığmasına qarşı keçirilən həmin matçdan, demək olar ki, 20 il ötüb. Çox şey dəyişdi, mən də dəyişdim, lakin bu formaya olan sevgim heç vaxt dəyişmədi. İndi kənara çəkilmək vaxtının gəldiyini hiss edirəm", - E.Ceko vurğulayıb.

Qeyd edək ki, yığmada 151 matçda 73 qol vuran futbolçu iki dəfə dünya çempionatının final mərhələsində oynayıb. Bosniya və Herseqovina yığması DÇ-2026-da ilk dəfə pley-offa yüksəlib və 1/16 finalda ABŞ-yə məğlub olub (0:2). Klub səviyyəsində Almaniyanın "Şalke 04" komandasında çıxış edən hücumçunun dəyəri 1 milyon avro qiymətləndirilir.

Oxşar xəbərlər

Milli mətbuatın 151 illiyinə həsr olunmuş konfransda media nümayəndələri mükafatlandırılıb
"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb, 12 illik seriya qırılıb - YENİLƏNİB-8
DÇ-2026: Bosniya və Herseqovina Qətəri məğlub edərək qrup üçüncüsü olub - YENİLƏNİB-7
Hərbi xidməti başa vuran sərhədçi əsgərlər evlərinə yola salınıb
"Sabah" UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB-11

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər