Hollivud ulduzu Elke Zommer vəfat edib
Far.Az xəbər saytı

Hollivud ulduzu Elke Zommer vəfat edib


1960-cı illərdə bir sıra Hollivud filmlərində rol almış alman aktrisası Elke Zommer ömrünün 86-cı ilində vəfat edib.

"Far.Az" xəbər verir ki, bu barədə "Bild" qəzeti aktrisanın ailəsinə yaxın mənbələrə istinadən məlumat yayıb.

Zommer ərinin ölümündən üç ay sonra Los-Ancelesdəki (Kaliforniya ştatı) evində ürək çatışmazlığından vəfat edib. Aktrisa Bavariyadakı ailə sərdabəsində dəfn olunacaq.

Zommer 1940-cı ildə Berlində anadan olub. O, Hollivudda ilk rolunu 1963-cü ildə Pol Nyumanla birlikdə "Mükafat" (The Prize) filmində oynayıb. Bu filmə görə aktrisa 1964-cü ildə ən yaxşı debütant kimi "Qızıl qlobus" mükafatını alıb.

Ümumilikdə Zommerin filmoqrafiyasında 100 film və teleserial, o cümlədən "Qaranlıqda atəş" (A Shot in the Dark, 1964), "Çalağanlar arasında" (Unter Geiern, 1964), "On zənci balası" (Ein Unbekannter rechnet ab, 1974) və "Böyük Pyotr" (Peter the Great, 1985) miniserialı yer alır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Leyla Əliyeva və Arzu Əliyeva Berlində MAMA "Ana təbiət" sərgisinin açılışında iştirak ediblər
20, 22, 33 dəfə namizəd olub, az sayda "Qızıl qlobus" qazanan MƏŞHURLAR - SİYAHI
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər