İsrail Livana beş məhbusu təhvil verəcək
Far.Az xəbər saytı

İsrail Livana beş məhbusu təhvil verəcək


İsrail ABŞ-nin vasitəçiliyi ilə Təl-Əviv və Beyrut arasında davam edən danışıqlar çərçivəsində bu gün beş məhbusu Livana qaytarmaq niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Bu addım İsrail və "Hizbullah" arasında münaqişənin dayandırılmasına yönəlmiş danışıqlar fonunda İsrailin jesti kimi qiymətləndirilir. Danışıqların növbəti raundunun bu ayın sonunda Romada keçirilməsi planlaşdırılıb.

Daha əvvəl bildirilmişdi ki, Livan və İsrail livanlı məhbusların müqabilində livanlıların və israilli yəhudilərin meyitlərinin geri qaytarılması məsələsi üzrə ayrıca danışıqlar aparır.

Oxşar xəbərlər

"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Romada "SOCAR İtaliya" şirkətinin rəsmi təqdimatı olub
Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər