Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
"Bakı metropolitenində Yaşıl və Qırmızı xətlərin müstəqil fəaliyyət sahələrində interval gur saatlarda 3 dəqiqə 30 saniyə təşkil edib. Xətlərin ayrılması layihəsi çərçivəsində 200 metrə yaxın tunellərin inşası ilə əlaqədar hər bir xətt üzrə müstəqil hərəkət qrafikinin tərtib edilməsi nəticəsində Yaşıl xətt üzrə interval 3 dəqiqə 30 saniyə saxlanılıb".
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Qurumdan qeyd edilib ki, lakin Qırmızı xətdə intervalın 1 dəqiqə azaldılması təmin edilib:
"Bu məqsədlə Qırmızı xətt üzrə müvafiq gücləndirmə, optimallaşdırma tədbirləri görülüb, həmçinin əlavə maşinistlər ayrılmaqla qatarların "İçərişəhər" stansiyasını tərk etməsinin operativliyi təmin edilib. Nəticədə hazırda xətt üzrə interval 2 dəqiqə 30 saniyə təşkil edir.
Həmçinin qarşıdakı dövrdə xətlər üzrə intervalın azaldılması ilə bağlı təhlillər aparılır və mümkün tədbirlərin görülməsi imkanları araşdırılır, sərnişin axını və tələbatı diqqət mərkəzində saxlanılır.
Hazırda texniki optimallaşdırma və təkmilləşdirmə tədbirləri davam etdirilir. Xətlərin ayrılması layihəsinin icrası dövründə sərnişinlərin metropolitendən daha rahat və təhlükəsiz istifadə etməsi üçün mümkün bütün tədbirlər görülür".
Orxan Hüseyn
Oxşar xəbərlər
FHN metroda birgə təlim keçirib
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - 15 sentyabrdan...
FHN metroda təlim keçirib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ ilk dəfə narkotik kartelinin dronlarına qarşı lazer sistemindən istifadə edib
-
Rezai: Hörmüzün blokadası ABŞ-İran toqquşmalarına səbəb ola bilər
-
"Axios": ABŞ Venesuela ilə irimiqyaslı neft sazişi bağlamağa yaxındır
-
İsrail Ordusu Qəzzada HƏMAS-ın iki komandirini və döyüşçüsünü zərərsizləşdirib
-
Bəyan edilməyən dərmanların gömrük sərhədindən keçirilməsinin qarşısı alındı
-
"Qanun" nəşriyyatının tərcüməçisi müəmmalı şəkildə ölüb - Ailəsindən AÇIQLAMA













