Gürcü jurnalist: Qarabağda aparılan bərpa işləri məni valeh edib
Gürcüstanın "Dzveli Qalaqi" ("Köhnə şəhər") radiosunun aparıcısı Dato Liklikadze Qarabağa səfəri çərçivəsində bölgədə aparılan bərpa və quruculuq işlərini yüksək qiymətləndirib.
"Report"un Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, bu, onun Qarabağa ikinci səfəridir.
"Üç il əvvəl Şuşada olarkən yüksəklikdən Xankəndiyə baxıb bir gün bu şəhərə səfər edəcəyimi demişdim. Tanrı arzumu eşitdi", – o qeyd edib.
Jurnalist səfər çərçivəsində Ağdamda da olduqlarını, şəhərin yenidən qurulmasının və müasir infrastrukturun yaradılmasının onda böyük təəssürat yaratdığını söyləyib.
"Dağıntılar arasında çox gözəl və müasir şəhərin salındığının şahidi olduq. Xankəndinin infrastrukturu, yeni stadionu və gözəl mehmanxanaları məni valeh edib", – D. Liklikadze vurğulayıb.
O, səfər iştirakçılarının Zəfər tağına qalxaraq burada yerləşən muzeylə tanış olduqlarını da bildirib.
Jurnalist qeyd edib ki, hazırda Qarabağda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir və region sürətlə yenidən qurularaq inkişaf edir.
Oxşar xəbərlər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü
-
Sakinlərin kabusuna çevrilən küçə itləri dəhşət saçır: 100-dən çox insan xəstəxanalıq olub
-
ABŞ-da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb
-
Ramil Nabran: "İllərin böyük sənətkarları bu gün bayağı ifaçıların kölgəsində qalıblar"
-
Minneapolis şəhərindəki atışmada azı 2 nəfər ölüb - YENİLƏNİB
-
76 illik məşhur avtomobil şirkəti istehsalı dayandıra bilər













