Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisənin yaradılmasını razılaşdırıb
Serbiyanın Mədən Sənayesi və Energetika Nazirliyinin, "Elektroprivreda Srbije" (EPS), "Srbijagas" şirkətlərinin və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri Nişdə (Serbiya) yeni qaz elektrik stansiyasının inkişafı və tikintisi üçün birgə şirkətin yaradılmasına dair səhmdarlar sazişinin razılaşdırılması üzrə danışıqları İstanbulda başa çatdırıblar.
Bu barədə "Report" Serbiya hökumətinə istinadən xəbər verir.
"Yaxın bir ay ərzində Belqradda üç şirkət arasında sazişin imzalanması gözlənilir", - məlumatda qeyd edilib.
Yeni qaz elektrik stansiyasının gücünün 500 MVt-a qədər olacağı planlaşdırılır. O, elektrik və istilik enerjisi istehsal edəcək. Tikintinin dörd il ərzində başa çatdırılması nəzərdə tutulur.
Hökumətin məlumatında vurğulanıb ki, bu, EPS, "Srbijagas" və SOCAR-ın ilk birgə layihəsi və Serbiya ilə Azərbaycan arasında enerji əməkdaşlığının gücləndirilməsində mühüm addım olacaq.
Elektrik stansiyasının tikintisi Serbiyada elektrik enerjisi istehlakının artması fonunda enerji təchizatının etibarlılığını artırmağa və yeni generasiya gücləri yaratmağa imkan verəcək.
Xatırladaq ki, Azərbaycan və Serbiya 2026-cı ilin fevralında Serbiyanın Niş şəhəri yaxınlığında 350 MVt elektrik və 150 MVt istilik enerjisi gücünə malik qaz elektrik stansiyasının tikintisi haqqında saziş imzalayıb. Sənəd Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri çərçivəsində imzalanıb.
İyunun əvvəlində EPS və SOCAR Bakıda Nişdəki qaz elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə edilməsi üzrə əməkdaşlığın əsas şərtlərini imzalayaraq, birgə şirkətin yaradılmasının əsas prinsiplərini və layihənin əsas kommersiya parametrlərini müəyyən ediblər.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hamilə qadınların ABŞ-yə girişi məhdudlaşdırıla bilər
-
İstanbulda təhlükəsizlik qüvvələri ilə İŞİD terrorçusu arasında atışma olub, ölən və yaralanan var
-
Röya Ayxan və Kazım Candan "Dosta" yeni sürprizi
-
Metsamor AES təmirdən sonra işini bərpa edib
-
Vens ABŞ-nin İrana təzyiq üçün gizli təxribat əməliyyatları keçirməsini mümkün sayıb - ƏLAVƏ EDİLİB
-
"Bloomberg": BVF Venesuelada nümayəndəlik açmaq imkanını nəzərdən keçirir













